Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İDMAN

II Avropa Oyunlarının tarixi açıqlandı

<b>II Avropa Oyunlarının tarixi açıqlandı</b>

2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının tarixi və proqramı dəqiqləşib

APA-nın məlumatına görə, bu məsələlərə Avropa Olimpiya Komitəsinin Makedoniyanın paytaxtı Skopyedə baş tutan seminarında aydınlıq gəlib.
İyunun 21-də start veriləcək yarış 30-da başa çatacaq. Açılış və bağlanış mərasimləri Minskin “Dinamo” stadionunda keçiriləcək. Bəzi növlər üzrə yarışların rəsmi açılışdan 1 gün əvvəl, iyunun 20-də başlamasının mümkünlüyünə icazə verilib.
II Avropa Oyunlarının proqramına 16 idman növü daxil edilib. Bunlardan 11-i Tokio Yay Olimpiya Oyunlarına lisenziya və ya lisenziya xalları vermək baxımından əhəmiyyətli olacaq. Yalnız 5 növ – gimnastika, güləş, sambo, basketbolun 3X3 növü və çimərlik futbolu bu mənada fərqlənəcək. Son 3 növ Olimpiya proqramına daxil deyil.
Yarışların keçirilmə məkanları da dəqiqləşib. “Dinamo” stadionunda atletika, “Minsk Arena”da idman və bədii gimnastika, akrobatika və batutdan tullanma növləri üzrə yarışlar olacaq. Velosipedçilərin şosse mübarizəsi Minskin küçələrində, trek turniri isə “Minsk-Arena”da baş tutacaq. Bu idman qurğusu həmçinin badmintonçuların qüvvəsini sınaması üçün meydan olacaq. Basketbolun 3X3 növü üzrə yarış “Palova-Arena”da təşkil ediləcək. Boksçular “Uruçye” İdman Sarayında, güləş və samboçular “Çijovka-Arena”da güclərini yoxlayacaqlar. Çimərlik yarışları – futbol və voleybolu Olimpiya Kompleksində, karate və cüdo İdman Sarayında, atıcılıq “Sportinq Klub”da, avarçəkmə Zaslavldakı kanalda, stolüstü tennis “Falkon Klub”da olacaq. Kamandan oxatanlar isə “Minsk” klubunun futbol meydançasında mübarizə aparacaqlar.
Bakı-2015-lə müqayisədə aerobika, voleybol, su idman növləri (su polosu, üzgüçülük, sualtı üzgüçülük, sinxron üzgüçülük, suyatullanma), triatlon, qılıncoynatma, taekvondo və dağ velosipedi növləri üzrə yarışlar olmayacaq.
İdmançılar Tələbələr Kəndində məskunlaşacaqlar. Oyunlara 4000 idmançı və 2000 rəsmi şəxsin qatılacağı gözlənilir. Yarışın devizi “Bright You” (Parlaq Sən) olacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv