Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MƏDƏNİYYƏT

Beynəlxalq Türk Akademiyası əməkdaşlıq memorandumu imzaladı

<b>Beynəlxalq Türk Akademiyası əməkdaşlıq memorandumu imzaladı</b>

Beynəlxalq Türk Akademiyası ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumu imzalanıb

Astanada Beynəlxalq Türk Akademiyası ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumu imzalanb.
Azərbaycan milli mədəniyyətinin təbliğinə xidmət edəcək əməkdaşlıq memorandumu çərçivəsində müxtəlif səpgili birgə tədbirlərin təşkili ilə yanaşı, tərəflərin qarşılıqlı informasiya dəstəyinin göstərilməsi də nəzərdə tutulur. Müasir qloballaşma şəraitində milli identikliyin qorunması vəzifəsinin vacibliyini nəzərə alaraq tərəflər, eyni zamanda, mədəni irs nümunələrinin təbliği istiqamətində də müxtəlif layihələrin icrasını planlaşdırırlar.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin sözügedən əməkdaşlıq, eyni zamanda, ölkəmizdə kulturologiya elminə qarşı olan ictimai marağı artıracaq. Böyük imkanlara və beynəlxalq çıxışlara malik olan Beynəlxalq Türk Akademiya ilə əməkdaşlıq mövcud istiqamətdə tədqiqatlar aparan azərbaycanlı alimlər üçün də müxtəlif imkanlar yaradacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv