Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
MƏDƏNİYYƏT

Astanada dünyadakı ilk Türkologiya Muzeyi açılıb

<b>Astanada dünyadakı ilk Türkologiya Muzeyi açılıb</b>

Türk Yazısı Günü münasibətilə Türkologiya Muzeyinin açılış mərasimi keçirilib

Türkologiya sahəsində ilk belə nümunə olan muzeydə görkəmli türkoloqlar Abduali Kaydar, Abjan Kurışcanov, Əmir Nacib, Rəbiqə Sızdıkova və Osman Fikri Sertkayanın istifadə etdiyi şəxsi əşyaları, indiyədək nəşr olunmayan gündəlikləri və əlyazmaları sərgilənir.
Tədbirə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, Özbəkistan və Monqolustandan gələn elm adamları, ziyalılar və media nümayəndələri qatılıblar.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı bildirib kı, “Beynəlxalq Türk Akademiyası Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan dövlət başçılarımızın 2009-cu ildə Naxçıvanda keçirilən sammitində yaradılıb. O zaman Akademiyanın nəzdində kitabxana və muzeyin açılması da tövsiyə olunmuşdu. Bu gün Türkologiya Muzeyini açmaqla həm türkologiya elminin inkişafında xidmətləri olan nüfuzlu alimlərimizi yad etmiş olduq, həm də həmin tövsiyələrin həyata keçirilməsi istiqamətində daha bir addım atdıq. Burada böyük çöldə yaşayan qardaş xalqların mədəniyyətini, tarixini əks etdirən əşyaları nümayiş etdirməkdən böyük şərəf duyuruq. Hazırda muzeydə Türk dünyasından elm adamları və türkoloqların bağışladığı 300-dən artıq tarixi əsər və əşyalar yer alır, amma qarşıdakı dövrdə burdakı nadir eksponatların sayını daha da genişləndirmək üçün çalışacağıq”.
Astanada dünyadakı ilk Türkologiya Muzeyi açılıbTürkiyə Prezidentinin məsləhətçisi İhsan Şener isə qeyd edib ki, Türk dünyası öz mədəniyyətini, adət-ənənələrini, elmini yeni kəşf etməyə başlayıb. Qısa müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, Beynəlxalq Türk Akademiyası Türk dünyası ilə bağlı tədqiqatlara mühüm töfhə verib. Onun fikrincə, bəzən siyasi münasibətlərin həll edə bilmədiyi məsələləri, mədəniyyət və elm vasitəsilə çözmək mümkün olur. Bu baxımdan elm və mədəniyyətə beşiklik edən, onları yaradan, istehsal edən, gələcək nəsillərə ötürən önəmli mərkəzlərin dəstəklənməsi çox vacibdir.
Türk Tarix Qurumunun rəhbəri, professor Refik Turan türk tarixi, incəsənəti olmadan dünya incəsənətinin çox kasad görünəcəyini vurğulayıb və qeyd edib ki, Türkologiya muzeyində toplanan nadir eksponatlar bunun açıq isbatıdır.
Muzeyin açılışından sonra Beynəlxalq Türk Akademiyasında “Türkologiya və Altay araşdırmalarının müasir problemləri” mövzusunda “dəyirmi masa” təşkil olunub.
Tədbir çərçivəsində Monqolustan Milli Muzeyi və digər müvafiq qurumları ilə Beynəlxalq Türk Akademiyasının bu ölkədəki arxeloji tədqiqatları davam etdirməsinə dair razılıq əldə olunub. Eyni zamanda, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz”i arasında əməkdaşlıq memorandumu da imzalanıb.
Qeyd edək ki, tədbir çərçivəsində tanınmış türkoloq, Amerikanın Miçiqan Universitetinin professoru Timur Kocaoğluna türkologiya elminin inkişafındakı xidmətlərinə görə Akademiyanın medalı təqdim edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv