Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MƏDƏNİYYƏT

Nazirlikdən səfərə çıxanlara - Müraciət

<b>Nazirlikdən səfərə çıxanlara - Müraciət</b>

Mədəniyyət və Turizm Nazirliyi səyahət edən vətəndaşlara müraciət edib

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfərə çıxan vətəndaşlar turizm şirkətlərindən turist vauçeri və müqavilə tələb etməlidirlər:
“Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə, eləcə də ölkə daxilində turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır. Bununla əlaqədar əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə xarici ölkələrə və ölkə daxilində səyahətlərini təşkil edərkən turist vauçerini və “Turizm haqqında” qanunun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər”.
Vətəndaşlar turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyi halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv