Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
MEDİA

Vəzifə alan Afət Telmanqızı danışdı: Bu şou nəyə lazımdır?

<b>Vəzifə alan Afət Telmanqızı danışdı: Bu şou nəyə lazımdır?</b>

"Speys" televiziyası şirkətdə 2 keçmiş ANS-çinin arasında baş redaktorluq postu uğrunda qalmaqal yaranması xəbərlərinə aydınlıq gətirib

11:16
TV-nin icraçı direktoru Kamil ŞahverdiyevBakıpost.az-a açıqlamasında Afət Telmanqızı ilə Azadə Balayeva arasında hər hansı qalmaqal yaşanmadığını bildirib: "Afət Telmanqızı baş redaktorun müavini təyin olunub. Azadə Balayeva da buraxılış redaktoru kimi öz işindədir. Necə əvvəl işləyirdi, indi də öz işinə davam edir. Heç bir əsası yoxdur xəbərin, hər hansı qalmaqal yaşanmayıb”.
Olayla bağlı Teleqraf.com-a danışan Afət Telmanqızı bildirib ki, Speys TV-də heç bir qalmaqal yoxdur, heç kəs ərizə yazıb, iş yerini tərk etməyib: “Keçmiş ANS-çilər arasında qalmaqal yaratmaq istəyirlərsə, bu şou alınmayacaq. Çünki nə mən, nə də Azadə Balayeva şou adamıyıq”.
Onun sözlərinə görə, kim nə yazırsa, öz vicdanına bağlı məsələdir:
“Mən jurnalistəm, təklif almışam, Speys TV-də işləyirəm, hazırda Azadə xanımla çiyin-çiyinə çalışırıq. Xəbəri məqsədli şəkildə yayırlar, nə etmək istədiklərini bilmirik. Biz şou adamı deyilik. Qalmaqal, şou sözləri bizə yapışmır. Azadə Balayeva mənim canım-ciyərimdir, uzun illərdir birgə yol gəlmişik, dostumdur, indi də iş yoldaşıyıq. Azadə işdədir, ərizə yazıb getməyib, aramızda heç bir inciklik, qalmaqal yoxdur. Azadə işə gələcək, selfi çəkib sosial şəbəkəyə yerləşdirəcəyik ki, aramızda problem olmadığını görsünlər. Yazan adam mövqeyimizi öyrənib sonra yazsın da. İkimizin şəklimizi yan-yana qoyublar ki, keçmiş ANS-çilər arasında qalmaqal oldu. Ayıbdır axı belə şeylər”.
“Hansı vəzifəni icra edirsiniz” sualına cavabında Afət Telmanqızı xəbərlər departamentinin yeni baş redaktoru vəzifəsinə təyin edildiyini söyləyib:
“Mən başımı aşağı salıb işimi görən adamam. İntriqa, qalmaqaldan uzağam, sadəcə jurnalistəm. Məsləhət görüblər, iş mənə həvalə olunub, gəlib işləyirik. Azadə ilə məni öz aləmlərində üz-üzə qoymağın nə mənası var? Belə çıxır ki, biz vəzifə üstündə bir-birimizi didirik? Ayıbdır belə şeylər. Azadə Balayevanı itələyib onun yerinə keçəsi adam deyiləm axı. Belə şeyə heç vaxt razılıq vermərəm. Nə olsun 1 ildir işsizəm, bu, iş tapmadığıma görə deyil ki! Müəyyən səbəblərə görə işsiz idim. Mən dostluğa xəyanət edən adam deyiləm”.
Qeyd edək ki, Space TV-nin prezidenti Vaqif Mustafayev fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş əməkdaşı Afət Telmanqızını xəbərlər departamentinə yeni baş redaktor təyin edib. O, bu vəzifədə Azadə Balayevanı əvəzləyib. Mətbuatda gedən xəbərlərə görə, A.Balayeva V.Mustafayevin qərarını etirazla qarşılayıb və şirkətdən getmək barədə ərizə yazıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv