Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MƏDƏNİYYƏT

Fidan Hacıyeva Azərbaycan səhnəsindən dünya operasına “Yeni Səs” gətirir

<b>Fidan Hacıyeva Azərbaycan səhnəsindən dünya operasına “Yeni Səs” gətirir</b>

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera müğənnisi, mezzo-soprano Fidan Hacıyeva, tələbələri ilə birlikdə sayca 2-ci böyük konsertini verib

Azərbaycan musiqisini xarici ölkələrdə təbliğ edən və dünya bəstəkarlarının operalarını məharətlə ifa edən xanım sənətçi, daim öz davamçılarının olması arzusuna deyəsən artıq çatır. Belə ki, 11 İyun tarixində çoxdan planlaşıdırdığı Rəşid Behbudov adına Dövlət Mahnı teatrında, baş tutan “Yeni Səslər” adlı konsertdə Fidan Hacıyeva öz dinləyiciləri üçün sözün həqiqi mənasında yeni və geniş səs imkanlarına malik tələbələr nümayiş etdirib. Konsertdə müxtəlif janrlarda və dillərdə ifa olunan musiqilər tamaşaçıların zövqünü oxşayıb. Gecənin ən yadda qalan hadisəsi isə Elçin Əliyev adlı gənc tələbəsinin dünya şöhrətli opera bəstəkarı Cokomo Puççinin “Turandot” operasından “Şahzadə Kalaf”ın ariyasını – “Nessun Dorma” əsərini məharətlə ifa etməsi olub. Öz çıxışı ilə tamaşaçıları heyrətə gətirən Elçin adlı gənc tələbə, ən uzun sürəli alqışlarla qiymətləndirilib. İfasının sonunda ona verilən gül dəstələrini müəllimi Fidan Hacıyevaya təqdim etməsi və bu təqdirəlayiq addımı tamaşaçılar tərəfindən ona ikinci alqışları da qazandırıb. Daha sonra Fidan Hacıyeva ilə birgə Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” operasından “Əskər və Gülçöhrənin dueti”ni (Elə bənd oldum) də məharətlə ifa etməsi Elçin Əliyevi gecənin ulduzuna çevirib.
Videolar :















FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv