Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MEDİA

AZƏRTAC-dan maraqlı layihə: yeni versiya

<b>AZƏRTAC-dan maraqlı layihə: yeni versiya</b>

Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın veb-səhifəsinin zəif görənlər üçün versiyası istifadəyə verilib

Kult.az xəbər verir ki, saytın bu versiyasına agentliyin əsas veb-səhifəsinin (azertag.az) yuxarı sağ küncündə yerləşdirilmiş “göz” işarəsi və ya special.azertag.az ünvanı vasitəsilə daxil olmaq mümkündür. Agentliyin xəbərlərini bu versiyada zəif görənlər daha rahat oxuya bilərlər.
AZƏRTAC-ın əsas saytında yayılan informasiyalar bu səhifədə də təkrarlanır.
Veb-səhifənin bu versiyasının özəlliyi ondan ibarətdir ki, burada şriftləri böyütmək, rəngli, ağ və qara fonlar seçmək mümkündür. Şriftlər ağ fonda qara, qara fonda isə avtomatik olaraq ağ rəngdə olur. Eyni zamanda, istifadəçi “Sazlamalar” bölməsində “Arial” və “Times New Roman” şriftlərindən birini və hərflər arasındakı məsafə ilə bağlı “Standart” və “Böyük” funksiyalarını seçə bilər. Səhifədə informasiyaların axtarışı üçün bölmə da yaradılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv