Son xəbərlər
22 İYUL
21 İYUL
20 İYUL
19 İYUL
QHT XƏBƏR

Gənclər insan alverinə qarşı mübarizəylə bağlı maarifləndirilirlər

<b>Gənclər insan alverinə qarşı mübarizəylə bağlı maarifləndirilirlər</b>

Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən "Gənclər arasında İnsan alverinə qarşı mübarizə mövzusunda seminarlar" layihəsi çərçivəsində 09-10 iyun tarixlərində seminarlar keçirilib. Seminarlar Qəbələ və Oğuzda təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Anar Məhərrəmov iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verib. Çıxış edənlər arasında layihənin eksperti Ümüdvar Həsənov bir sıra maarifləndirici məqamlara toxunub. O insan alveri nədir?, Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə haqqında Qanunu, xаricə gеtməк istəyənlər üçün təhlüкəsizlik plаnı, insan alverinin qarşısının alınması sahəsində QHT-lər ilə əməkdaşlığın əhəmiyyəti və s. haqqında geniş məlumatlar verib. Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv