Son xəbərlər
27 İYUL
26 İYUL
25 İYUL
HADİSƏ

“Elçibəyin həyatı gələcək nəsillər üçün nümunə olmalıdır”

<font color=red><b>“Elçibəyin həyatı gələcək nəsillər üçün nümunə olmalıdır”</b></font>

Qüdrət Həsənquliyev: “Əbülfəz bəy öz həyatı ilə Vətəni, Milləti, Dövləti təmənnasız sevən siyasətçi obrazını yarada bildi və bu obraz zaman keçdikcə daha daha qabarıq görünür”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər və partiyanın Bakı, Sumqayıt və Abşeron rayon təşkilatlarının fəalları mərhum prezident, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü ilə bağlı onun Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Əbülfəz Elçibəyin məzarına BAXCP adından əklil qoyulub, ruhuna dualar oxunub.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev öz çıxışında Əbülfəz Elçibəyin Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinə müstəsna xidmətlərinin olduğunu xatırladıb, onu Azərbaycan xalqının Milli Azadlıq Hərəkatının unudulmaz lideri adlandırıb: “Əbülfəz Elçibəyin həyatı və siyasi fəaliyyəti gələcək nəsillər üçün də nümunə olmalıdır. Əbülfəz bəy öz mübarizəsi və həyat tərzi ilə sübuta yetirdi ki, siyasət adamı öz xalqına, dövlətinə təmənnasız xidmət edə bilər. Elçibəy öz həyatı ilə Vətəni, Milləti, Dövləti təmənnasız sevən siyasətçi obrazını yarada bildi və bu obraz zaman keçdikcə daha daha qabarıq görünür. Zaman keçdikçə Elçibəyin siyasi kimliyi, seçdiyi və keçdiyi yol bizə miras qoyduğu ideyalar daha aydın sezilir, insanlar onu daha yaxından tanımağa başlayırlar”.
BAXCP sədri bildirib ki, Elçibəyin Azərbaycanın bütövlüyü uğrunda apardığı mübarizə, Azərbaycan xalqının qan yaddaşındakı Bütöv Azərbaycançılığı yenidən oyatması, milli hədəflərimizi və mücadiləmizin tarixi sərhədlərini yenidən nişan verməsi bizi səfərbər olmağa, birliyə, bütövlüyə çağırır: “Mən əminəm ki, günün birində Əbülfəz Elçibəyin Bütöv Azərbaycanla bağlı ideyaları da gerçəkləşəcək və biz bir millət olaraq tarixi haqqımızı alacaq, tarixi əzəmətimizi yenidən ortaya qoyacağıq. Bax o zaman Əbülfəz Elçibəyin də, Azərbaycanın birliyi və bütövlüyü uğrunda mücadilə aparan bütün digər tarixi şəxsiyyətlərimizin də ruhu şad olacaq”.


photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv