Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
MEDİA

“Sosial ödənişlərə görə belə edirlər“ - Müzakirə

<b>“Sosial ödənişlərə görə belə edirlər“ - Müzakirə</b>

Avropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalist Həmkarları İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsi çərçivəsində təşkil edilən "Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri" mövzusunda konfrans keçirilib

Teleqraf.com-un xəbərinə görə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli konfransın əhəmiyyəti barədə danışıb. O, tədbirin bir neçə sessiyada davam edəcəyini bildirib. Onun sözlərinə görə, JuHİ bir sıra beynəlxalq təşkilatlarla ciddi və sıx əməkdaşlıq edir: "Həmkarlar Təşkilatlarının olması media rəhbərləri və sahibkarların işinə maneə törətmir, əksinə stimul yaradır".
Beynəlxalq Jurnalistlər Federasiyasının Layihələr Departameninin rəhbəri Adrian Collin çıxışında qeyd edib ki, jurnalistlərin iş yerlərində hüquqlarını daha yaxşı müdafiə etməsinə çalışırlar: "Vaxtilə Cənubi Qafqazda jurnalistlərin hüquqları pozulurdu. Buraya işə götürənlər tərəfindən müqavilələrin bağlanmaması, pensiyaların aşağı olması daxil idi. Təəssüf ki, bəzi hallarda bu mənzərə qalıb. Azərbaycanda bu istiqamətdə qanunvericilik standartlara uyğundur. Jurnalistlər öz hüquqlarını müdafiə etməkdənsə, işdən çıxırlar. Onlar bilmirlər ki, Həmkarlar İttifaqı onların hüquqlarını müdafiə edə bilər. Ona görə də təşkilat ciddi şəkildə işləməlidir. İş yerlərində əmək qanunvericiliyinə əməl edilməsinə ciddi nəzarət olmalıdır. Biz çalışırıq ki, jurnalistlər əlverişli iş yerləri ilə təmin olunsunlar".
Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, əmək və peşə standartları üçün lazımi işlər görülür: "Jurnalistlər üçün mənzillərin paylanması zamanı aydın göründü ki, iş təcrübəsi mühüm rol oynayır. KİVDF-nin həyata keçirdiyi layihələr, qaldırdığı məsələlər problemlərin həllinə yardım göstərdi".
Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun 2009-cu ildən fəaliyyət göstərdiyini xatırladıb. Onun sözlərinə görə, həmin dövrdə redaksiyalardan mühasibatlıq sənədləri tələb edilirdi: "Lakin redaksiyaların 90 faizində mühasibatlıq sənədləri, əmək müqavilələri yox idi, əmək haqları paket halında verilirdi. Bu gün də redaksiyaların 10 faizində əmək müqavilələri ilə bağlı vəziyyət olduğu kimi qalır. Əmək müqavilələri yoxdur. Redaksiyalar bir sıra hallarda jurnalistlərin əmək haqlarını aşağı göstərirlər. Onlar 22 faiz sosial ödənişlərə görə bu addımı atırlar. Əmək müqaviləsi bildirişi sistemi artıq tətbiq olunur. Əmək müqavilələri ilə bağlı məlumat avtomatik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində yerləşdirilməlidir. Jurnalistlərin özləri də diqqətli olmalıdır".
Layihə çərçivəsində "Həmkarlar ittifaqı təşkilatının üzvünün məlumat kitabı" və "Əmək hüquqları və onların qorunması mexanizmləri: Kollektiv danışıqlar və kollektiv müqavilələr" kitabçaları çap edilib.
"Son illər əmək hüquqlarının qorunması ilə bağlı atılan əsas addım əmək müqavilələrinin elektron qaydada qeydiyyatının aparılmasıdır. İş yerlərində əmək müqavilələrinin bağlanıb-bağlanmamasının yoxlanılması praktiki olaraq çətin, bəzi hallarda mümkünsüzdür. Ancaq əmək müqavilələrinin elektron qaydada sistemə daxil edilməsi ilə nəzarətin həyata keçirilməsi daha asan olacaq".
Bunu isə İqtisadi-Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, işçi ilə əmək müqaviləsi bağlanmırsa, qeyri-leqal iş fəaliyyətindən söhbət gedirsə, işçinin əmək hüquqlarının qorunması mümkün olmur: "Çünki əmək hüquqları əmək müqaviləsinin bağlanması ilə yaranır. Onu da nəzərə almaq lazımdır ki, işçilərlə xidməti müqavilə bağlanması əmək hüquqları yaratmır. Təəssüf ki, son dövrlər xidməti müqavilələr təklif edən iş yerlərinin sayı artır. Xidməti müqavilə ilə şəxs xidmət yerinə yetirir, bu xidməti müqavilələri ləğv etmək də çox asandır".
"Azərbaycan jurnalistlərinin mövcud sosial durumu: Sosial hüquqların qorunmasında həmkarlar təşkilatlarının rolu" mövzusunda çıxış edən Müşfiq Ələsgərli deyib ki, Beynəlxalq Jurnalistlər Federasiyası dünyanın müxtəlif ölkələrinin 600 min jurnalistini ətrafında birləşdirir. O qeyd edib ki, Federasiya jurnalistlər üçün layiqli iş şəraitinin yaradılmasının vacibliyini əsas götürür: "Layiqli iş yeri jurnalistin iş yerində təhlükəsizliyinin qorunması, yaxşı əmək haqqı verilməsi, əmək hüquqlarının qorunmasını və digər məsələləri nəzərdə tutur. Azərbaycanda jurnalistlərin sosial rifahının yüksəldilməsi xüsusi diqqət mərkəzindədir. Ancaq ilk növbədə redaksiyaların özündə ilkin həmkarlar təşkilatları yaradılmalıdır. Çünki redaksiyalarda olan həmkarlar təşkilatları o jurnalistlərin problemlərini daha yaxşı bilir, gündəlik redaksiya rəhbərliyi ilə danışıqlar apara bilər. Jurnalistlərin əmək hüquqlarının qorunması son nəticədə peşəkar jurnalistikanın inkişafına səbəb olur. Bu gün ölkədə jurnalistlərin 87 faizinin əmək müqaviləsi var. Ancaq məsələ ondadır ki, bəzi hallarda rəsmiləşdirilən əməkhaqqı ilə mövcud əmək haqqı arasında fərq var. Jurnalistlər bilməlidirlər ki, əmək haqlarının aşağı göstərilməsi gələcəkdə pensiya təminatına mənfi təsir göstərəcək".
Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Ruslan Bağırov "Azərbaycanda beynəlxalq əmək standartlarının tətbiqi sahəsində əldə edilən nailiyyətlər, əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu" mövzusunda çıxış edib.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün medianın məhdud vasitələrlə fəaliyyət göstərdiyini dilə gətirib: "Söhbət ilk növbədə maliyyə vəsaitlərinin məhdudluğundan gedir. Öncə medianın gəlirlərini beynəlxalq səviyyəyə çatdırmaq lazımdır. Əks halda, indi bu vəsaitlərin bir qismini vergilərə yönəltmək çox çətindir. Biz media olaraq böyüyə bilmirik. Bu gün Azərbaycanda yazılı media KİVDF-nin sayəsində ayaqda qalır. Əgər KİVDF-nin dəstəyi olmasaydı, "Yeni Müsavat" qəzetini saxlamaq mümkün olmazdı, zərərlə işləyə bilmərik. Bu gün bizim qəzetdə işləyən 50 nəfərin hüquqlarını Müşfiq Ələsgərli məndən yaxşı qoruya bilməz. İlk növbədə qəzetlərə reklam verilməsini stimullaşdırmaq lazımdır. Söhbət yazılı medianın yaşayıb-yaşaya bilməməsindən gedir. Biz bu gün mövcudluğumuzu qorumaq uğrunda çalışırıq. "Sahibkar maaş versin" demək çox asandır. 28 il bir media qrupunu saxlamaq, o işçilərin sosial problemlərini həll etmək asan deyil. O baxımdan "Yeni Müsavat Media Qrupunun həmkarlar ittifaqı mən özüməm".
"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas ilk növbədə KİV-in reklam probleminin həll olunmasını vacib saydığını deyib: "Nə qədər yardımla yaşamaq olar? Hər şeydən əvvəl KİV-lərin maliyyə durumu yaxşılaşdırılmalıdır".
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev reklam bazarının olmamasından şikayətlənib: "Çap mediası dövlətin yardımı hesabına ayaqda dayanıb. Dövlət bu yardımı nə vaxtsa kəsə bilər. O zaman jurnalistlərin sosial müdafiəsi Həmkarlar İttifaqının üzərinə düşəcək".

FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv