Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
İDMAN

“Qarabağ“ Çempionlar Liqasında mübarizəyə başlayır

<b>“Qarabağ“ Çempionlar Liqasında mübarizəyə başlayır</b>

“Qarabağ” bu gün yeni avrokubok mövsümünə start verəcək

Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxacaq.
APA-nın məlumatına görə qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayacaq Ağdam təmsilçisi “Samtredia” ilə üz-üzə gələcək. Gürcüstan çempionu ilə ilk qarşılaşma Bakıda baş tutacaq. Təmsilçimiz evdə keçirəcəyi ilk oyunda gələn həftə baş tutacaq cavab qarşılaşması üçün sərfəli nəticə əldə etməyə iddialıdı. Ardıcıl 3 dəfə Avropa Liqasının qrupunda çıxış etmiş “Qarabağ” bu dəfə hədəfini daha da böyüdüb. Komanda nüfuzlu Çempionlar Liqasında eyni uğuru təkrarlamaq niyyətindədi. Bu yolda ilk səddi adlamaq üçün “Samtredia” mübarizədən kənarlaşdırılmalıdır.
Son üç mövsümdə Çempionlar Liqasında ilk rəqiblərini adlayan ağdamlıların bu dəfə necə çıxış edəcəyi maraqla gözlənilir. “Valletta”, “Rudar” və “Düdelanj”la görüşlərdə mərhələni məğlubiyyətsiz keçən çempionumuzun qonşu ölkə təmsilçisinə qarşı da bu qədər uğurlu çıxış edib-etməyəcəyinə bu gün aydınlıq gələcək. Qarşılaşma “Qarabağ”ın avrokuboklardakı ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 21:00-da başlayacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
11 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)
Baş hakim: Mete Kalkavan (Türkiyə)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv