Son xəbərlər
27 İYUL
26 İYUL
25 İYUL
SİYASƏT

Kişinyovdan sonra Kremlin hədəfi Bakıdır? – Şərh

<b>Kişinyovdan sonra Kremlin hədəfi Bakıdır? – Şərh</b>

Azərbaycanın hazırkı mərhələdə Avrasiya İttifaqına üzv olmaq kimi bir planı yoxdur

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun fikrincə, Avrasiya İttifaqının yenidən aktivləşərək, Moldovanı öz sıralarına qatmaq istəməsi məsələsini Bakıya da aid etmək olmaz:
“Moldova Prezidenti İqor Dodonun Avrasiya İttifaqına üzv olmaq istəməsi ilə Azərbaycanı müqayisə etmək olmaz. Çünki iki ölkənin iqtisadi vəziyyəti eyni deyil. Ümumiyyətlə, geosiyasi bloklara qoşulmaq məsələsi ölkənin iqtisadi səmərəliliyinin öndə olmasını tələb edir. Əgər iqtisadi səmərəlilik olmasa, bu haqda danışmaq mənasız olardı. Azərbaycan bu prosesdə siyasi motivlərdən yox, iqtisadi proyektlərdən gələn məqamları nəzərə alır. Azərbaycanın hazırkı mərhələdə Avrasiya İttifaqına üzv olmaq kimi bir planı yoxdur”.
Ekspert Şərqi Avropa dövlətlərinin bir qisminin kor-koranə qərbləşmək siyasətinin onlar üçün problemlər yaratdığını söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu ölkələrdən fərqli olaraq bütün bloklarla xoş münasibət yaradır və bundan faydalanır:
“Moldova və Ukrayna vaxtilə MDB bazarından uzaqlaşmaqla özlərinə problemdən başqa heç nə yaratmadılar. Bu proseslərdə daha çox Ukrayna zərər çəkdi. İqtisadi və siyasi proseslər stabilliyi pozdu. Moldova onlara nisbətən stabil vəziyyətdədir. Bu səbəbdən də o, çalışacaq ki, MDB bazarına giriş nöqtələrini bərqərar etsin. Moldova MDB ilə yenidən xoş əlaqələri Avrasiya İttifaqına qoşulmaqda görür. Azərbaycan üçün isə belə bir zərurət yoxdur. Hər bir ittifaqda üzv dövlətlər, sabit ölkələr, iqtisadi potensialı ümidverici olan məmləkətlərin olması onların müsbət potensialından xəbər verir. Ermənistan Avrasiya İttifaqında olması ora heç bir pozitiv qazanclar gətirmir. Ümumilikdə isə Azərbaycan ittifaqda olan Belarus, Qazaxıstan, Rusiya üçün daha önəmlidir”.
Qeyd edək ki, Moldova Prezidenti İqor Dodon bu gün ölkəsinin Avrasiya İttifaqına qoşulmaq istədiyini vurğulayıb. Rusiyayönlü siyasətçi olan Dodon bununla da Kişinyovun Avropa Birliyindəki assosiativ üzvlüyünə son qoymağı planlaşdırır. Dodonun hələlik niyyəti qərbyönlü parlamentin kəskin müqaviməti ilə qarşılaşır.
Avrasiya İttifaqının aparıcı üzvü olan Rusiya isə Dodonun niyyətini alqışlayıb. Kremlin fikrincə, Moldova ilə yanaşı, keçmiş postsovet ölkələri də Avrasiya İttifaqında birləşməlidir.
Qərb mətbuatı artıq Rusiyanın bununla bağlı digər MDB ölkələrinə təzyiqləri artırdığını bildirir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv