Son xəbərlər
22 SENTYABR
21 SENTYABR
20 SENTYABR
MEDİA

Niderland radiosunda Azərbaycanla bağlı veriliş olacaq

<b>Niderland radiosunda Azərbaycanla bağlı veriliş olacaq</b>

Yay fəsli gələndə adətən bir çox sahələrdə sakitlik yaranır, çoxlarımız istirahət etməyə üstünlük verirlər

Bunu disapor fəaliyyətində də hiss etmək olur ki, bu da təbiidir. Ancaq bir çox təşkilatlarımız var ki, istirahət vaxtından sonrakı dövr üçün aydın planları var. Bu təşkilatlardan biri də Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatıdır. Təşkilatın sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov öz facebbok səhifəsində gördükləri işlərin nəticə verməsinə sevincini ifadə edib. O, qeyd edib ki, artıq sentyabr ayı üçün bir çox Niderland mətbuatından müsahibələr üçün dəvət alıb. Bütün bunları hələlik açıqlamağı düşünmədiyini, ancaq niderlandlı jurnalistin bu barədə öz fb səhifəsində yazdığına görə özünün də bu barədə məlumat verməli olduğunu düşündüyünü yazıb. Beləki Niderlandlı jurnalist, Radio Sxouven Dəüvlandın (Schouwen-Duiveland) aparıcısı Geert Jan de Bruijne (dilimizdə tələffüzü belədir: Xert Yan de Brəüne) öz fb səhifəsində yay tətilindən sonrakı ilk verilişinə soydaşımız Vüqar Abbasovu dəvət etdiyini yazıb. O, qeyd edib ki, verilişdə Azərbaycandan danışacaqlar. Jurnalist verilişin vaxtının çatması üçün səbirsizləndiyini, ancaq gözləmək məcburiyyyətində olduğunu yazıb.

Elnur Eltürk









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv