Son xəbərlər
27 İYUL
26 İYUL
25 İYUL
HADİSƏ

Füzuli rayonunda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib

<b>Füzuli rayonunda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib</b>


12 iyul 2017-ci il tarixdə Füzuli rayonu Horadiz şəhərində Füzuli, Beyləqan və Cəbrayıl rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Yusif Mirzəyev, Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak etmişlər.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlamış, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov hərbi xidmətə yola düşən gənclərə vətən qarşısında müqəddəs vəzifələrini layiqincə icra etməyi arzuladı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Yusif Mirzəyev çıxışında Azərbaycan Ordusunun ən müasir hərbi texnika və silahlarla təchiz edildiyini qeyd edərək işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə inandığını bildirdi.
Daha sonar çıxış edən Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə hərbi xidmətdə uğur arzuladılar.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və Füzuli rayonunun özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış etdilər.
Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.


photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv