Son xəbərlər
27 İYUL
26 İYUL
25 İYUL
SOSİAL

Bu ərazidə qaz kəsiləcək

<b>Bu ərazidə qaz kəsiləcək</b>

Bu gün ərzində Sumqayıt şəhərinin qaz təchizatında məhdudiyyət olacaq

Azəriqazdan Axar.az-a verilən məlumata görə, yeni çəkilmiş diametri 250 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq. Bu səbəbdən 14 iyul tarixində saat 10:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq. Görülən işlər zamanı Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
Azəriqaz İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv