Son xəbərlər
22 SENTYABR
21 SENTYABR
20 SENTYABR
HADİSƏ

Erməni qadın Zəhranın məzarını ziyarət etdi

<b>Erməni qadın Zəhranın məzarını ziyarət etdi </b>

Erməni qadın O.Altunyan 30 il sonra Bakıya qayıdaraq Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 2 yaşlı Zəhra Quliyevanın məzarını ziyarət edib

Axar.az Modern.az-a istinadən xəbər verir ki, O.Altunyan “Ermənistan-Azərbaycan Sülh Platforması”nın üzvləri ilə Füzuli rayonunun Alxanlı kəndinə səfəri zamanı Zəhra Quliyevanın nənəsi Sahibə Quliyevanın da məzarına gələrək ailəyə, onların həmkəndlilərinə başsağlığı diləyib.
O.Altunyan həmçinin Bakıya gəlib və Fəxri Xiyabanda Heydər Əliyevin məzarını da ziyarət edib. Daha sonra özünün dediyi kimi, şəxsiyyətinin formalaşmasında rolu olan dahi sənətçilər Müslüm Maqomayev və Rəşid Behbudovun da məzarlarına baş çəkib.
Həmçinin, o, şəhəri gəzərək, yaşadığı məhəlləyə, bitirdiyi məktəbə gedib, orda köhnə qonşuları ilə səmimi söhbət edərək öz xatirələrini bölüşüb.
Qeyd edək ki, “Ermənistan-Azərbaycan Sülh Platformasına” qoşulan Oksana Altunyan Bakıda anadan olub və 1987-ci ilə qədər Bakıda yaşayıb. Ailə qurduqdan sonra Moskvaya köçüb və Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişə səbəbi ilə Bakıya qayıda bilməyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv