Son xəbərlər
27 İYUL
26 İYUL
25 İYUL
İQTİSADİYYAT

Neft Fondunun gəlir və xərcləri açıqlandı

<b>Neft Fondunun gəlir və xərcləri açıqlandı</b>

Bu ilin yanvar–iyun ayları ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri büdcə xərclərindən çox olub

Axar.az Fondun rəsmi saytına istinadən xəbər verir ki, yanvar–iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 458,8 milyon manat olub. Mənfəət neftinin və qazın satışından 5 443,1 milyon manat, bonus ödənişlərindən isə 2,4 milyon manat gəlir əldə edilib. Akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 9,7 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 668,4 milyon manata bərabər olub.
Hesabat dövrü ərzində ARDNF 2017-ci il büdcəsinin icrası çərçivəsində 2 991,0 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib. Qaçqın və məcburi köçkün ailələrinin vəziyyətinin yaxşılaşdırılmasına 56,4 milyon manat ayrılıb. Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21,5 milyon manat, Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,7 milyon manat vəsait ayrılıb. 4,7 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 448,3 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9,2 milyon manat təşkil edib.
ARDNF-nin büdcədənkənar xərci isə 98,4 milyon manat təşkil edib.
Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv