Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
QHT XƏBƏR

İnternat məzunları üçün kurslar başa çatıb

<b>İnternat məzunları üçün kurslar başa çatıb</b>

Qaradağ rayonu, Sahil qəsəbəsi, 9 nömrəli xüsusi internat məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihəsi çərçivəsində internat məzunları üçün nəzərdə tutulan aşpazlıq kurslarının bağlanış mərasimi keçirilib. Tədbirə başlamazdan öncə başda erməni təxribatı nəticəsində iyulun 4-də qətlə yetirilmiş Füzulinin Alıxanlı kənd sakini Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyeva olmaqla digər şəhidlərimiz xatırlanaraq ruhları bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş sözü ilə açan birliyinin sədri Məlahət Abbasova layihənin əhəmiyyətindən danışıb: “Üç aylıq kursların əsas məqsədi yeniyetmə və gənclərin peşə vərdişlərinə yiyələnməsi, gələcəkdə bu sahədə uğurlu karyera qurulmasında onlara yardım etməkdir.
Aşpazlıq sahəsinə marağı olan internat məzunlarının, gənc və yeniyetmələrin bu sahədə vərdişlərinin inkişafına töhfə vermək, onların bu peşəyə yiyələnərək müstəqil həyatda uğurlu karyera qurmalarına dəstək olmaq layihənin əsas amallarındandır. Odur ki, internat məzunlarının bu sahədə ixtisaslaşması gələcəkdə onların müstəqil həyata qədəm basmasında mühüm rol oynayacağı şübhəsizdir”.
Layihənin koordinatoru Vüqar Hacıyev bildirib ki, 30 nəfər üçün nəzərdə tutulan layihəyə 50 nəfər gənc müraciət etməsinə baxmayaraq, kursun sonunda onların bilikləri test imtahanı vasitəsilə yoxlanılıb və 38 gənc imtahandan uğurla keçib.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Elgün Səfərov layihənin aktual olduğunu qeyd edib: “İnternat məkətbinin məzunları cəmiyyətin həssas qruplarıdır, onlara xüsusi diqqətlə yanaşaraq karyera qurumlarına yardımçı olmaq lazımdır. Bu baxımdan layihə böyük əhəmiyyətə malikdir. Təmsil etdiyim qurum hər zaman belə məsələlərə xüsusi diqqətlə yanaşır və çalışmalar aparır”
Daha sonra təlimçi kulinar-aşpaz Məleykə Salahova, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əskərqızı, Balans İqtisadi Maarifləndirmə İctimai Birliyinin könüllüsü Vüsalə Bayramova çıxış ediblər. Bildirilib ki, layihənin davamı olaraq kursu uğurla bitirənlərə iş tapmasına yaxından köməklik göstərilməyə çalışılması təqdirəlayiq haldır.
Sonda layihə iştirakçılarına sertifikat və təşəkkürnamələr təqdim edilib. Həmçinin layihəyə informasiya dəstəyi göstərən KİV nümayəndələri də təltif ediliblər.
Qeyd edək ki, iştirakçılar aşpazlıq kursları müddətində kulinar təlimçi Məleykə Salahovanın rəhbərliyi ilə Azərbaycan və Avropa mətbəxindən müxtəlif yemək və şirniyyatlar hazırlamağı öyrəniblər. Layihə 2017-ci il aprelin 15-dən iyulun 15-dək davam edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv