Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MEDİA

Bu da belə bir ömürdü

<b>Bu da belə bir ömürdü</b>

Avqustun 5-də tanınmış jurnalist-“Ekspress” qəzetinin əməkdaşı Namiq Məmmədlinin 50 yaşı tamam olacaq. Bu barədə o özü redaksiyamıza müraciət edib: “Artıq yarım əsr arxada qalıb. Bu yarım əsrdə Azərbaycan jurnalistikasının inkişafı üçün əlimdən gələni etdim. İstər kriminal, istərsə də mədəniyyət sahəsi üzrə yazdığım yazılara damğa vurdum. Nə ev, nə mükafat üçün dava etmədim. “Heç bir mükafatın yetmədi mənə, bircə sasğolun da bəsimdi Vətən” yazan dahi Məmməd Arazın bu misralarını özümə şüar seçdim. İndən belədə heç kimdən heç nə ummayacağam. Maraqlanan da, maraqlanmayan da sağ olsun. Bircə onu bilirəm ki, özəl yazılar yazmaq üçün çox əzab-əziyyət çəkmişəm. Əvəzində isə qəpik-quruş almışam. Ömür qısa-olduğu üçün deyirəm ki, bu da belə bir ömürdü yaşadım. Ruhun şad olsun dahi Məmməd Araz yenə sənin misralarından istifadə elədim. Ən böyük hakim Allahdır. Allahın nəzərinin üstümdə olmasını hər zaman istəyirəm. Əsas odur ki, öz mənliyimi, şəxsiyyətimi qorudum. Kiminsə işinə qarışmadım, bəziləri kimi burnumu lazım olan, olmayan yerə soxmadım. Mərdiməzarçılıq edib kiminsə evini yıxmadım. Kiminsə haqqını yemədim, kiminsə haqqına girmədim. Çox istərdim ki, yaradıcı insanlara ölümünə yaxın yox, vaxtında qiymət versinlər...”









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv