Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
TÜRK DÜNYASI

PKK-nın qəribə hiylələri – Çətir, falqa, televiziya...

<b>PKK-nın qəribə hiylələri – Çətir, falqa, televiziya...</b>

Türkiyə ordusunun zərbələri nəticəsində çətin vəziyyətə düşən PKK müasir hərbi texnologiyalardan gizlənmək üçün qəribə vasitələrdən istifadə edir

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarından yaxa qurtarmağa çalışan və bir-birinə informasiya ötürmək istəyən terrorçuların bunun üçün televiziya kanallarından istifadə etdiyi məlum olub. PKK-ya xidmət etdiyi bildirilən bir çox yerli televiziya kanalının “Son dəqiqə” başlığı altında Türkiyə ordusunun təcili əməliyyatları barədə terrorçuları xəbərdar etdiyi bildirilib. Bundan əlavə partlayıcı vasitə yerləşdirmək üçün çalışan terrorçuların pilotsuz uçan aparatlara yaxalanmamaq üçün çətirdən istifadə etdiyi müəyyən edilib. PKK-çıların bir digər hiyləsi isə termal kameraların nəzarətindən gizlənmək üçün alüminium kağızdan (falqa) hazırlanmış xüsusi geyimlərdən istifadə etmək olub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv