Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MEDİA

Təbrizdə “Azərbaycan Mətbuat Muzeyi” açılıb

<font color=red><b>Təbrizdə “Azərbaycan Mətbuat Muzeyi” açılıb</b></font>


“Azərbaycan Mətbuat Muzeyi” 5 il gecikmədən sonra nəhayət ki, Təbrizin “Həriri Evi”ndə açılıb.
Mətbuat muzeyinin açılış mərasimi avqustun 9-da bir çox hökumət rəsmisi, mətbuat nümayəndələri və incəsənət xadimlərinin iştirakı ilə baş tutub.
Məlumata görə, “Azərbaycan Mətbuat Muzeyi” 5 il öncə yaradılmalı imiş, lakin müxtəlif səbəblərə görə onun təsis edilməsi ləngiyib, bu məsələ nəhayət 2017-ci il avqustun 9-da gərçəkləşib.
Şərqi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Məhəmməd Məhəmmədpur açılış mərasimi zamanı Azərbaycanı ölkə mətbuatının öncül bölgəsi adlandırıb. “Dərin və geniş məzmunlu keçmişə malik olan Azərbaycan mətbuatının bir muzeyə ehtiyacı var idi. Azərbaycan mətbuatının tarixi ilə bağlı nümunələri pərakəndə şəkildə müxtəlif müəssisələr, orqanlar və insanlarda görmək mümkündür. Lakin onlar toplanmalı və bu muzeydə saxlanılmalıdır. Belə olan halda, muzeyə baş çəkən xarici və daxili turistlər Şərqi Azərbaycanın mədəniyyət tarixi ilə tanış ola bilərlər”- deyə o vurğulayıb.
Tarixi “Həriri Evi” Qacarlar dövrünün əvvəllərində Təbrizdə 4 min kvadrat metrlik (metr-i murəbbə) bir sahədə tikilib. Qədim memarlığın əsəri olan “Həriri Evi”nin çölündə və daxilində iki həyəti var.
Tarixi evin divarları üzərində mifoloji varlığı təsvir edən rəsmlər, tavanı üzərində isə miniatür üslublu rəsmlər öz əksini tapıb. “Həriri Evi” Təbrizin əhəmiyyətli tarixi məkanlarından biridir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv