Son xəbərlər
22 NOYABR
21 NOYABR
20 NOYABR
18 NOYABR
17 NOYABR
MƏDƏNİYYƏT

Elçin Mirzəbəylinin şeirləri susuzluqda birnəfəsə içilən su kimidir

<font color=red><b>Elçin Mirzəbəylinin şeirləri susuzluqda birnəfəsə içilən su kimidir</b></font>

Millət vəkili Hikmət Babaoğlu Elçin Mirzəbəylinin 50 yaşından yazdı.

Yaxşı şairlərin azaldığı, yaxşı şeirlərin qıtlaşdığı bir vaxtda yaxşı şair kimi, yaxşı şeirləriylə qarşımıza çıxdı Elçin Mirzəbəyli. Yaxşı şeir sözünün burda yetərli olub olmadığını bilmirəm, amma xoşumuza gələn, sevdiyimiz şeylərə yaxşı dediyimizi dəqiq bilirəm. Bu mənada Elçinin şeirləri doğurdan da xoşagələndir, yaxşıdır, hətta bəzən o qədər yaxşıdır ki, ruhumuzu oxşayır, ovqatımızı yüksəldir, bizi duyğulandırır, kövrəldir.
Məncə yaxşı şeirdəki əsas məziyyətlər də elə bunlardır. Bir də ədəbiyyatsevərlər, poeziya aşiqləri bilirlər ki, şeir o zaman sevilir ki, o şeir həm də oxucunun ovqatını, düşüncələrini ifadə etmiş olur. Axı heç də hamımız hiss etdiklərimizi, düşündüklərimizi, duyğularımızı poetik dillə qafiyəli şəkildə ifadə edə bilmirik. Ona görə də şairlər həm də bir növ bizim hiss və duyğularımızın ifadəçisidirlər. Bu mənada mən Elçini həm də mənim ruh halımın, poetik hsslərimin tərcüməçisi kimi, onları sözə çevirən ustad kimi görürəm.
Azərbaycan ədəbiyyatında çox böyük, çox nəhəng imzalar var. Onların hamısının qarşısında baş əyməklə qeyd etmək istəyirəm ki, Elçin şeirlərində olduqca səmimidir. Düşünürəm ki, Elçinin şeirlərini sevdirən iki cəhət varsa, onlardan biri şeirdəki səmimiyyət, ikincisi isə həmin şeirlərin hər birində sezilən incə ruhdur. Bir də Elçinin özünəməxsus metaforaları əvəzsizdir.
Mən şair dostumun şeirlərindəki incə ruhu yalnız böyük Mikayıl Müşfiqin poeziyasındakı ruhla müqayisə edə bilərəm. Elçinin şeirləri sanki ipək sapdan sıx toxunmuş Təbriz xalçasıdır, İrəvan, Dərbənd, Borçalı, Kərkük xalçasıdır. Milli ruhumuzun sözlə toxunmuş bütöv Azərbaycan xalçasıdır. Bəzi şairlər şeir quraşdırırlar, bəzi şairlər qafiyə uydururlar, bəzi şairlər heca düzəldirlər və nəticədə klassik mənada şeirin və şeir yazmanın bütün tələbləri yerinə yetirilmiş olur. Yəni əslində şeir yazmış olurlar. Ancaq belə şeirlərin ruhu olmur. Belə qəlibbasmalar qəzet səhifələrini doldura bilər, yüksək pafosla oxuna bilər, hətta lap xoşa da gələ bilər. Ancaq ruhu olmadığı üçün sevilə bilməz, insanla dialoqa girə bilməz, insan duyğularının tərcümanı ola bilməz.
Elçinin şeirlərində izafi heç nə yoxdur.
Elçinin şeirləri susuzluqda birnəfəsə içilən su kimidir. Su qədər ömrün olsun, əziz dostum!
Səni 50 yaşın münasibətilə ürəkdən təbrik edirəm!

Yeni şeirlərini oxumaq ümidiylə,
Hikmət Babaoğlu









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv