Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
16 SENTYABR
15 SENTYABR
MƏDƏNİYYƏT

Bəxtiyar Vahabzadə 92 yaşında... - Video

<b>Bəxtiyar Vahabzadə 92 yaşında... - Video</b>

Bu gün Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

Kult.az xatırladır ki, Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub. Kiçik yaşlarında ailəsi ilə Bakıya köçən Vahabzadə, burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Universitetin aspiranturasında “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb.
“Mənim dostlarım” adlı ilk kitabındakı lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.
Onun “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
Xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv, X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb, “Qırmızı əmək bayrağı” və “İstiqlal” (1995) ordenləri ilə təltif olunub.
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
Qeyd edək ki, Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv