Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İDMAN

Penaltini vura bilmədi, yoldaşı dalaşdı - Video

<b>Penaltini vura bilmədi, yoldaşı dalaşdı - Video</b>

"Yuventus"un oyunçuları George Kalintaru və Valentin Barbulesku bir-biri ilə dalaşıb

Futbol üzrə Rumıniya çempionatının VII turunda Buxarestin "Yuventus" və "Styaua" komandaları arasında keçirilmiş matçın uzatma dəqiqələrində qeyri-adi hadisə baş verib.
Report-un məlumatına görə, "Yuventus"un oyunçuları George Kalintaru və Valentin Barbulesku bir-biri ilə dalaşıb.
Buna Kalintarunun 90+6-cı dəqiqədə "Styaua"nın qapısına təyin olunmuş penaltini Panenka üslubunda vurma cəhdi səbəb olub. Həmin zərbəni rəqib qapıçı Florin Nitse asanlıqla tutub. Nəticədə "Yuventus" 1:2 hesabı ilə uduzub.
Bundan sonra Barbulesku Kalintaruya iradlar bildirərək, onu itələyib. Münaqişənin daha da böyüməsinə onların komanda yoldaşları imkan verməyiblər.
Qeyd edək ki, "Yuventus" Rumıniya çempionatında 7 turdan sonra 2 xalla sonuncu pillədə qərarlaşıb. Komandanın heyətində ötən mövsüm azarkeşi vurduğu üçün "Neftçi"dən qovulan Katalin Tira da yer alıb. Lakin Tira "Styaua" ilə matçda sonadək ehtiyatda qalıb.











FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv