Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
İDMAN

Allah sizləri qorusun, “Qarabağ“lılar - Millət vəkilləri

<b>Allah sizləri qorusun, “Qarabağ“lılar - Millət vəkilləri</b>

"Qarabağ" Azərbaycan tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi. Bununla da tarix yazan qarabağlılar Qafqazı mötəbər yarışda təmsil edəcək ilk futbol klubu adına yiyələndi

Axar.az millət vəkillərinin “Qarabağ”ın uğuru ilə bağlı təbriklərini təqdim edir:
Fazil Mustafa: Təbrik, təbrik, təbrik! Bu millətə bu qələbə hava, su kimi lazım idi. Bizi sevindirən qəhrəmanlarımıza eşq olsun! Qurban Qurbanov - Azərbaycanın böyük oğlu! Sənin rəhbərliyində “Qarabağ” adı dünya futbolunun ana səhifəsinə yazıldı. Bu dəfə qarşınızı ala bilmədilər. Demək ki, qalib gəlməyi bacarırıq. Sadəcə doğru təşkilatlanmamız əskikdir. Mobil, doğru təşkilatlanmış bir komanda inanılmazı bacardı! Abdulbari Gözələ, Tahir Gözələ təşəkkürlər! Azərbaycan üçün ən böyük işi gördünüz! Bu sadəcə futbol meydançasında qazanılan qələbə deyil! Bu həm də siyasi qələbədir. İnşallah, millət və dövlət olaraq hərbi qələbəmizi də gerçəkləşdirərik. Allah sizləri qorusun, fədakar "Qarabağ" komandası!”
Aydın Mirzəzadə: “1. Baxmayaraq ki, "Qarabağ" fikirləşdiyim hesabla oyunu başa vurmadı (əsas bu deyil ).
2. Baxmayaraq ki, oyun tam istədyimiz kmi olmadı (əsas son nəticədir).
3. Bununla belə, heç nəyə baxmayaraq, ümumi hesabda Azərbaycan futbol klubu səfərdə tarix yazdı (bu gözlənilirdi).
4. Azərbaycan "Qarabağ"la qələbə qazandı və bizim adımız Çempionlar Liqasının qrup mərhələsindədir (bir-iki ildən sonra bu sətirlərə öyrəşəcəyik).
5. Biz güclü Avropa klubuna malik olan ölkələrdənik (Quqlda “Azərbaycan” və “Qarabağ” sözlərinin axtarışı dəfələrlə artmaqdadır).
Sevinməyə haqqımız var ("Bavariya", "Real", "PSJ", "Çelsi", "Qarabağ" və digər 27 Avropa futbol klubu)!
Təbriklər (MDB ölkələrindən qrup mərhələsinə cəmi 4 klub düşüb, ikisi Rusiyadan, biri Ukraynadan, biri də Azərbaycandan)!”
Əli Məsimli: Futbolda “Qarabağ” qazandı. Təbriklər! Bizim üçün təkcə futbol komandası olmayan Qarabağ tariximizə yeni səhifələr yazmaqla uğurları bol olsun!
Hikmət Babaoğlu: Təbriklər “Qarabağ”! Sən bizim qürurumuzsan. Bu daha böyük qələbələrin başlanğıcıdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv