Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İDMAN

Azərbaycan artıq çempionlar ölkəsidir - Dünya mediası

<b>Azərbaycan artıq çempionlar ölkəsidir - Dünya mediası</b>

Azərbaycan futbol tarixinin ən möhtəşəm uğuru dünya mətbuatının da gündəmində yer alıb

Bütün dünyada məşhur olan idman nəşrləri “Qarabağ”ımızın qələbəsinə öz səhifələrində yer verib.
“Marka”qəzeti “Dinonun qolu “Qarabağ”a Çempionlar liqasına vəsiqə qazandırdı” başlıqlı yazıda qeyd edir: “Klub 1993-cü ildə erməni qoşunlarının işğalından sonra Bakıya köçürülüb. Ağdam klubu Bakıdakı 1-0 hesablı qələbənin qarşılığında səfərdə 2-1 məğlub olsa da, qrup mərhələsinə yüksəlib. Azərbaycan artıq çempion bir ölkədir”.
“Skysports” “Qarabağ tarix yazdı” başlıqlı məqalədə yazır: “Ötən gün “Kopenhagen” üzərində qələbə qazanan “Qarabağ” Çempionlar liqasına vəsiqə qazanan ilk Azərbaycan klubu oldu. İlk hissəni öndə başa vuran “Kopenhagen”ə Dino Ndlovu 63 dəqiqədə bərabərlik qolunu vurdu. 3 dəqiqə sonra hesab 2-1 olsa da, yekunda qələbəyə sevinən tərəf “Qarabağ” oldu”.
“The Sun” “Qarabağ ilk Azərbaycan komandası oldu” başlıqlı məqalədə: “Qarabağ” FK “Kopenhagen”lə gərgin qarşılaşmadan sonra qrup mərhələsinə çıxan ilk Azərbaycan klubudur. Son 25 dəqiqədə sıx müdafiə olunan “Qarabağ” vəsiqəni təmin etdi”.
“Hürriyət” “Qarabağ tarix yazdı” başlığı ilə qələbəni oxuculara belə təqdim edir: “Qardaş ölkə Azərbaycanın “Qarabağ” komandası “Kopenhagen”i devirərək qruplara vəsiqə qazandı”.
“Milliyət” “Qarabağ” nəhənglər liqasında” başlığı ilə yazır: “Azərbaycandakı oyunu 1-0 qazanan “Qarabağ” səfərdə 2-1 hesabı ilə uduzmağına baxmayaraq, səfər qolu hesabına qruplara vəsiqə qazandı”.
“Politico” da “Qarabağ” Avropaya üstünlük verir” başlığı ilə böyük məqalə dərc edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv