Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
SOSİAL

Bu rayonda bir neçə saat qaz olmayacaq

<b>Bu rayonda bir neçə saat qaz olmayacaq</b>

Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Azəriqaz İB-dən verilən məlumata görə, məhdudiyyətə səbəb rayonun N.Tusi küçəsi 2942 “V” saylı ünvanda yerləşən AKFA-Tikinti MTK-ya məxsus 210 mənzilli yaşayış binasına yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır. Bu səbəbdən bu gün saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv