Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İDMAN

“Qarabağ” dünyanın diqqətini Azərbaycana yönəltdi – Statistika

<b>“Qarabağ” dünyanın diqqətini Azərbaycana yönəltdi – Statistika</b>

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünən Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbulu zamanı “Qarabağ komandası Qarabağın adını daşıyır. “Qarabağ” komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir” fikirləri tamamilə öz təsdiqini tapır

Bunu millət vəkili Aydın Mirzəzadə özünün Feysbuk səhifəsində yazıb. O bildirib ki, Vikipediya virtual ensiklopediyasındakı araşdırma bunu bira daha sübut edir:
“Məsələn, “Qarabağ münaqişəsi” məqaləsi ( bəzi dillərdə məqalə “Qarabağ müharibəsi” kimi gedir) müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunub:
İngilis dilində: 578, 1.045 və 1.708
İspan dilində: 80, 532 və 933
Fransız dilində: 379, 94 və 174
Rus dilində: 498, 634 və 768
İtalyan dilində: 58, 329 və 1.282
Erməni dilində: 22, 32 və 22
“Azərbaycan” məqaləsi müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunub:
İngilis dilində: 5.184, 6.933 və 9.676
İspan dilində: 699, 1.723 və 3.522
Fransız dilində: 493, 667 və 1147
Rus dilində: 2.208, 2.316 və 2.446
İtalyan dilində: 420, 959 və 3.329
Portuqal dilində: 188, 530 və 735
Erməni dilində: 22, 13 və 41
“Qarabağ” futbol klubu haqqında müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunuş olub:
İspan dilində: 180, 4.532 və 12.407
Fransız dilində: 131, 1.586 və 3.802
Rus dilində: 711, 4.725 və 11.164
İtalyan dilində: 238, 3.460 və 15.145
Portuqal dilində: 98, 990 və 2.170
Erməni dilində: 0, 11 və 48 dəfə
“Qarabağ” məqaləsi müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunuş olub:
İngilis dilində: 90, 330 və 1.302
İspan dilində: 5, 32 və 90
Fransız dilində: 7, 18 və 45
Rus dilində: 196, 867 və 1.406
İtalyan dilində: 1, 8 və 25
Portuqal dilində: 1, 5 və 7
Erməni dilində: 1, 1 və 4”.
Qeyd edək ki, “Qarabağ” futbol klubu avqustun 23-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində eyniadlı klubla UEFA Çempionlar Liqasının pley-off mərhəlində ümumi qələbə qazanaraq qrup mərhələsinə yüksəlib.
Bu, Azərbaycan futbol tarixində ilk hadisədir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv