Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SOSİAL

Saxta diplomlu, bayrağımızın mənasını bilməyənlər… - Nazirlik

<b>Saxta diplomlu, bayrağımızın mənasını bilməyənlər… - Nazirlik</b>

Müəllimlərin işə qəbulu ilə bağlı müsahibə mərhələsində 11 saxta diplom aşkar edilib

Təhsil Nazirliyindən verilən məlumata görə, avqust ayının 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox namizəd müsahibədən keçib.
Komissiya üzvlərindən biri, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib ki, bəzilərinin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir. Məsələn, şablon suallara cavabları əzbərləyib gəlirlər, müsahibədə fikir ifadə edə bilmirlər.
Komissiya üzvü bildirib ki, müəllimliyə namizədlər arasında 20 Yanvar faciəsindən xəbərsiz olanlar da var. Hətta 6-7 namizəd hesab edib ki, bu hadisələri ermənilər işğal məqsədi ilə törədib.
Namizədlər arasında bayrağın rənglərinin mənasını bilməyən, işğal altında olan ərazilərin sayından bixəbər olanlar da olub.
Digər komissiyta üzvü Firudun Həmzəyev bildirib ki, namizədlər əsasən əzbərçiliyə yol verib:
“Aralarında 10-15 il, hətta məzun olandan müəllim işləməyənlər çoxdur və bu, müsahibə mərhələsində aydın nəzərə çarpırdı. Düşünürəm ki, elələri üçün məktəbdə şagirdlərlə ünsiyyət qurmaq o qədər asan olmayacaq”.
Qeyd edək ki, müəllimliyə namizədlərin son müsahibə mərhələsi sabah, 26 avqust tarixində başa çatacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv