Son xəbərlər
22 NOYABR
21 NOYABR
20 NOYABR
18 NOYABR
17 NOYABR
QHT XƏBƏR

“Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi uğurla reallaşdırılıb

<b>“Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi uğurla reallaşdırılıb </b>

“Xarici internet və sosial mediada Azərbaycan həqiqətlərinin yayılması günün tələbidir” adlı kitabça nəşr edilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində “Xarici internet və sosial mediada Azərbaycan həqiqətlərinin yayılması günün tələbidir” adlı kitabça nəşr edib. Kitabçada adıçəkilən layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında əksini tapmış məlumat və şəkillərlə yanaşı, Azərbaycan həqiqətlərinin təbliği yönündə ekspert, diaspor və gənclər təşkilatları nümayəndələrinin fikirləri yer alıb. Kitabça müvafiq sahə üzrə ekspertlər, gənclər təşkilatları, diaspor nümayəndələri arasında paylanmaq üçün nəzərdə tutulub. Kitabçanın çap olunması və paylanması ilə “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsinə yekun vurulub. Məlumat üçün bildirək ki, layihə çərçivəsində, həmçinin, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Sosial şəbəkələrdə Azərbaycan həqiqətləri, Qarabağ problemi mövzusunda aktiv və düzgün iştirak”, “Xarici internet mediada Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda kəsərli məqalələrlə çıxış”, Bakı İslam Universitetində xarici dil bilən və internetdə aktiv olan gənclər üçün “Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda effektli bloqçuluq” mövzularında təlimlər keçirilib. Təlimlərdə 65-dən artıq gənc mütəxəssis və tələbə iştirak edib. Təlimlərdə xarici dillərdə Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda yazılarla, statuslarla və bloqçu kimi çıxış etməyin effektli yolları iştirakçılara başa salınıb, gənclərə Azərbaycan həqiqətləri, Qarabağ probleminin dünyada təqdimatı mövzusunda məlumatlar verilib, mənbələr göstərilib. Sonda təlimləri uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim edilib. Həmçinin, layihə çərçivəsində “Yenimedia.info” saytı Azərbaycan həqiqətləri və Qarabağ problemi ilə bağlı mövzulara və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənməkdədir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv