Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
TÜRK DÜNYASI

Türkiyənin yeni millətçiləri “bozqurd”dan imtina etdi

<b>Türkiyənin yeni millətçiləri “bozqurd”dan imtina etdi</b>

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının keçmiş üzvü Meral Akşənərin quracağı yeni partiyada “bozqurd” işarəsi qadağan ediləcək

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Qəzet yeni partiyanın işarəsinin daha asan qavranılan və cümhuriyyəti xatırladacaq şəkildə olacağını bildirib. Akşənərin yaxın ətrafının xüsusilə türk tarixindəki bayraqlar və simvollar üzərində çalışdığı vurğulanıb. Bozqurd işarəsi ilə bərabər, yeni partiyada Alparslan Türkeşin də fotosu qadağan ediləcək.
Qeyd edək ki, Meral Akşənər Milliyətçi Hərəkat Partiyasında böyük nüfuz sahibi olan şəxsdir. Akşənərin partiyadan qovulması MHP daxilində böyük parçalanmalara yol açıb. Nəticədə MHP lideri Dövlət Baxçalını bir sıra məhşur siyasətçilər tənqid edərək, onunla birgə çalışmayacaqlarını bildiriblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv