Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
SOSİAL

Təhsil Nazirliyinə 27 min şikayət gəlib

<b>Təhsil Nazirliyinə 27 min şikayət gəlib</b>

Təhsil Nazirliyinə 27 min şikayət gəlibTəhsil Nazirliyi vətəndaşlarla iş bölməsinə daxil olan müraciətlərin statistikasını açıqlayıb

Nazirlikdən verilən məlumata görə, Telefon Məlumat Mərkəzində 20 256 zəng, Vətəndaşların Qəbulu Mərkəzinə isə 6 472 olmaqla, ümumilikdə 26728 müraciət daxil olub.
Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 1 283 sənəd isə (804 ərizə, 459 məktub, 20 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Qeyd edək ki, daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali və orta ixtisas təhsil müəssisələrinə köçürülməsi, ilk peşə-ixtisas təhsili müəssisələerinə qəbul, uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələlər olub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv