Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
İDMAN

“Qarabağ“ - “Roma“ oyununun biletləri satışda -Qiymətlər

<b>“Qarabağ“ - “Roma“ oyununun biletləri satışda -Qiymətlər</b>

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" (İtaliya) oyununun biletləri bu gündən etibarən satışa çıxarılacaq

Axar.az futbol klubuna istinadən xəbər verir ki, azarkeşlər qiyməti 2, 5, 10 və 50 AZN olan biletləri iTicket.az saytından onlayn qaydada əldə edə bilərlər. Onlayn bilet almazdan əvvəl saytdan qeydiyyatdan keçmək lazımdır. Aldığınız bilet e-mail adresinizə e-bilet formasında gələcək. Həmin e-bileti çap etməyiniz kifayətdir.
Biletləri bundan başqa, ASAN Xidmət Mərkəzləri,
Heydər Əliyev Sarayının kassası,
28 Mall,
Gənclik Mall,
Park Bulvar (QFK fan-shop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı),
Bül-bül prospekti,
Nizami küç. (Nizami k/t yaxınlığı) və Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) ünvanlarından əldə etmək mümkündür.
Qeyd edək ki, biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv