Son xəbərlər
22 NOYABR
21 NOYABR
20 NOYABR
18 NOYABR
17 NOYABR
TÜRK DÜNYASI

ABŞ-ın türk nazirinə həbs qərarı verməsinin – Səbəbi

<b>ABŞ-ın türk nazirinə həbs qərarı verməsinin – Səbəbi</b>

“Xalq bankı”nın tamamilə embarqo qanunları çərçivəsində olan vasitəçilik statusu ABŞ iqtisadiyyatına ciddi ziyan vururdu

Axar.az xəbər verir ki, türkiyəli köşə yazarı Taha Dağlı “Haber7”-də yayımlanan yazısında Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan, “Xalq bankı”nın baş direktoru Süleyman Aslan və direktor müavini Levent Balkan barəsində həbs qərarının səbəbləri barədə maraqlı fikirlər irəli sürüb.
Dağlının sözlərinə görə, Türkiyə İrandan təbii qaz alaraq əvəzini qızılla ödəyib. Bu vəziyyət BMT tələbləri çərçivəsində olub. Yəni ABŞ-ın 1979-dan bu yana İrana qarşı tətbiq etdiyi embarqonu yarmaq kimi bir məsələdən söhbət belə gedə bilməzdi. Ticarət “Xalq bankı” üzərindən aparılıb. Məsələni daha miqyaslı edən isə “Xalq bankı”nın yalnız Türkiyə-İran arasında deyil, eyni zamanda, Pakistan və Hindistanın da İranla ticarətinə vasitəçilik etməsi olub. Belə olan halda “Xalq bankı”nın fəaliyyəti ABŞ-ın beynəlxalq ticarət dövriyyəsində 100 milyard dollar itirməsinə səbəb olub.
Müəllif ABŞ-ın özünün İrana qarşı embarqonu dəfələrlə yardığını, buna ən böyük sübutun isə İran-İraq müharibəsi zamanı rəsmi Vaşinqtonun özünün İrana silah satması olduğunu vurğulayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv