Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
16 SENTYABR
15 SENTYABR
SİYASƏT

İrəvanın ümidi ölür: “Bakı ilə savaşda tək qalacağıq”

<b>İrəvanın ümidi ölür: “Bakı ilə savaşda tək qalacağıq”</b>

Ermənilərin 50,67%-i Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün onlara xeyir gətirmədiyini düşünür

Axar.az xəbər verir ki, bu nəticə erməni ekspert Stepan Qriqoryanın Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuda iştirak edənlərin 45,33%-i isə Avrasiya İttifaqının ermənilərin həyatına müsbət təsir göstərdiyini bildiriblər. 37% erməni Ermənistan iqtisadiyyatının zəifləməsinin Avrasiya İttifaqı ilə bağlı olduğunu düşünmür.
Ermənilərin artıq Rusiyanın müttəfiqliyi ilə bağlı fikirləri də dəyişib. Belə ki, əhalinin yalnız 34,33%-i Rusiyanı İrəvanın əsl müttəfiqi sayır. 35,11% Moskvanın müttəfiqlik öhdəliklərini qismən yerinə yetirdiyini düşünür. Ermənilərin əksəriyyəti (40%) məhz Rusiyanın onların Avropa Birliyi ilə əlaqələrinə maneə yaratdığını hesab edir.
Dağlıq Qarabağ məsələsinə gəlincə isə respondentlər bu konfliktə Rusiyanın neqativ təsir (56%) göstərdiyinə inanırlar. Yalnız 40% şəxs bunun əksini fikirləşir. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkənin təhlükəsizliyinə təmin edirmi” sualına isə ermənilərin yalnız 15%-i müsbət cavab verib. 63,4% erməni isə, ümumiyyətlə, KTMT-nin Azərbaycanla savaşda Ermənistana yardım etməyəcəyinə inanır.
Qeyd edək ki, sorğu Ermənistanın Gümrü, Vanadzor, İrəvan, Vayke, Yeqeknadzor şəhərlərində və Azərbaycanın işğal olunmuş Xocavənd rayonunda aparılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv