Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
HADİSƏ

Daha bir bələdiyyə sədri cərimələndi

<b>Daha bir bələdiyyə sədri cərimələndi</b>

Tullantıların idarə olunmamasına görə bələdiyyə sədri 3000 manat cərimə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astarada ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Reyd zamanı Cəlilabad rayonu Seyidbazar bələdiyyəsi ərazisində məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, daşınmadığı və bununla bağlı verilmiş icrası məcburi olan müddətli “məcburi göstəriş”in tələblərinin yerinə yetirilmədiyi aşkar edilib.
Faktla bağlı sözügeden ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Seyidbazar bələdiyyəsinin sədri İnqilab Abdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv