Son xəbərlər
22 NOYABR
21 NOYABR
20 NOYABR
18 NOYABR
17 NOYABR
HADİSƏ

Əsgər yoldaşını güllələyən şəxs tutuldu – Rəsmi

<b>Əsgər yoldaşını güllələyən şəxs tutuldu – Rəsmi</b>

Salyanda həbsxanada baş vermiş silahlı insidentlə bağlı cinayət işi başlanıb

Respublika Hərbi Prokurorluğundan APA-ya verilən məlumata görə, sentyabrın 10-da saat 05:30 radələrində Mühafizə Alayının Salyan rayonu ərazisində yerləşən bölüyünün kiçik çavuşu Əmrah Müftəliyevin mübahisə zəminində əsgər yoldaşı Əyyam Əyyubluya qarşı avtomat silahdan atəş açaraq ona xəsarətlər yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanııb və Ə. Müftəliyev şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir.
Qeyd edək ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyan rayonun Yenikənd kəndində yerləşən, "Xələc həbsxanası" kimi tanınan 5 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə xidmət edən Ağstafa rayon sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv