Son xəbərlər
22 NOYABR
21 NOYABR
20 NOYABR
18 NOYABR
17 NOYABR
İDMAN

Azarkeşlər meydanda futbolçuları soyundurdu - Video

<b>Azarkeşlər meydanda futbolçuları soyundurdu - Video</b>

Ukrayna çempionatında mübarizə aparan Lvov şəhərinin “Karpat” futbol komandasının öz meydanında “Veres” komandasına böyük hesablı məğlubiyyətini azarkeşlər qəzəblə qarşılayıb

Axar.az xəbər verir ki, “Karpat” 8 turdan sonra 12 komanda arasında 6 xalla 10-cu pillədə qərarlaşıb.
“Dinamo” komandasına 0:5 hesablı məğlubiyyətdən sonra azarkeşlər çempionata yeni vəsiqə əldə etmiş “Veres”lə oyuna yaxşı şans kimi baxıb. Gözlənilənin əksinə, oyuna yaxşı başlayan qonaqlar elə ilk hissədə 0:2 hesablı üstünlüyə nail olublar. İkinci hissədə daha 4 top buraxan meydan sahiblərinin evində 1:6 hesablı ağır məğlubiyyətini həzm edə bilməyən “Karpat” azarkeşləri futbolçulara etirazını özünəməxsus formada bildirib. Azarkeşlər futbolçulardan köynəklərini soyunmalarını tələb ediblər. Onlar bu addımı komandanın heyətinin həmin formanı daşımağa layiq olmaması ilə izah ediblər.
Oyundan sonra “Karpat” oyunçularından heç biri müsahibə verməyə razı olmasa da, yarımmüdafiəçi Oleq Qolodyuk azarkeşlərin tamamilə haqlı olduğunu və futbolçuların evlərinə getməyə belə utandıqlarını bildirib.
Qeyd edək ki, əvvəllər Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan, hətta Avropa Liqasının qrup mərhələsində belə çıxış etmək imkanı əldə etmiş “Karpat” klubu hazırda yeni baş məşqçi və futbolçularla müqavilə imzalamasına baxmayaraq, çempionatda qalmaq uğrunda mübarizə aparır.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv