Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
16 SENTYABR
15 SENTYABR
TÜRK DÜNYASI

Məxfi əməliyyat: MKİ Ankaraya xüsusi dəstə göndərərək...

<b>Məxfi əməliyyat: MKİ Ankaraya xüsusi dəstə göndərərək...</b>

Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi təlim görmüş əməliyyat dəstəsi məxfi əməliyyat keçirmək üçün Ankaraya gəlib

Bu barədə Türkiyə hakimiyyətinə yaxın “Təqvim” qəzetinin Baş redaktoru Ərgün Dilər köşə yazısı yazıb.
Dilərin sözlərinə görə, xüsusi dəstə Ankarada təxribat törətmək üçün hazır vəziyyətdə əmr gözləyib. Gələn əmr isə onları təəccübləndirib. Əməliyyat təxirə salınıb və dəstənin Suriyaya keçərək oradakı ABŞ hərbi bazasına sığınması əmr edilib.
“Bu yaxınlarda MKİ xüsusi təlim keçdiyi bir dəstəni Türkiyəyə göndərdi. Təbii ki, səyahət məqsədi ilə deyil, kirli planları həyata keçirmək üçün. Bu dəstə Ankarada çox mühüm bir yerdə qərarlaşdı. Hədəfləri nə idi, nə etmək istəyirdilər, rezonans doğuracaq hansı addımı atmağı hədəfləmişdilər, öyrənə bilmədim. Çox vacib bir addım atmaq üçün gəldiklərini bilirəm. Bu qarışıqlıqlara baxmayaraq, bunu edəcək ağılları və gücləri var”, - Ərgün Dilər yazıb.
Ərgün Dilər xüsusi əməliyyat dəstəsinin Türkiyəni tərk edərkən burada əlaqədə olduğu şəxslərə ölkəni tərk etdikləri barədə gizli məlumat ötürdüyünü də bildirib. Redaktor bunun daha çox güc nümayişi ola biləcəyinə diqqət çəkib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv