Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
16 SENTYABR
15 SENTYABR
HADİSƏ

Daha bir neçə məşhur şirkət Bakını tərk edir

<b>Daha bir neçə məşhur şirkət Bakını tərk edir</b>

Azərbaycanda fəaliyyət göstərən daha bir neçə xarici şirkətin nümayəndəliyi fəaliyyətini dayandırıb

09:13
Report xəbər verir ki, bu barədə “Vergilər” qəzetində qeyd olunub.
“Burintex” elm-istehsalat müəssisəsi MMC-nin (Rusiya) Azərbaycandakı ”Burintex Azərbaycan” nümayəndəliyi ləğv olunduğu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 25A ünvanına bildirə bilərlər.
Birləşmiş Ərəb Əmirliyinin hüquqi şəxsi olan “Globalnik Logistics Group Ltd.” şirkətinin Azərbaycan nümayəndəliyi də ləğv olunduğu elan edib. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi,34 ("AF Mall Business Center") ünvanına bildirməlidir.
Bundan başqa, "Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycandakı nümayəndəliyi 15 sentyabrdan ləğv olunacağını elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,44 ünvanına bildirə bilərlər.




Xəbər - 18 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv