Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
16 SENTYABR
15 SENTYABR
SİYASƏT

Türk nümayəndə heyəti Tovuzda

<b>Türk nümayəndə heyəti Tovuzda</b>

Azərbaycanın Türkiyədə daha geniş tanıdılmasında, Qarabağ həqiqətlərinin yayılmasında fəal olan İSTAD təşkilatının sədri Səfər Qaraqoyunlunun rəhbərlik etdiyi 17 nəfərlik nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində ön cəbhə rayonu olan Tovuza da gəlib

Millət vəkili Q.Paşayeva ön cəbhədə Türkiyə nümayəndə heyətinə işğalçı Ermənistanın vandalizm aktlarını göstərib və həqiqətlərimizin daha geniş yayılmasında türk dünyasının QHT-lərini fəal olmağa çağırıb.
Qənirə Paşayevanın müşayiəti ilə qonaqlar Tovuzda əvvəlcə Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili qonaqlara Tovuz rayonunun ən çox şəhid verən rayonlardan biri olduğunu deyib və Ermənistan Silahlı Qüvvələrinin mütəmadi şəkildə atəşkəsi pozaraq sivil insanları, xüsusilə, qadınları, uşaqları, yaşlıları, öz həyətində, əkin sahəsində işləyən insanları snayperlərlə hədəfə alması kimi vandalizm aktları barədə məlumat verib.
Sonra qonaqlar Tovuz qalasını ziyarət ediblər, Azərbaycanın son 200 illik tarixini özündə əks etdirən xəritələrlə tanış olublar. Qonaqlara həmçinin Qafqazın ən qədim şəhər yaşayış məskəni hesab olunan, 8 min illik tarixə malik Göytəpə abidəsi də tanıdılıb.
Tovuzda bir sıra şəhid ailələri ilə də görüşən nümayəndə heyətinin üzvləri bildirib ki, Azərbaycan şəhid ailələrinin acısı onların da acısıdır. Milli Məclisin deputatı Qənirə Paşayeva isə qardaş ölkə nümayəndələrinin burada gördüklərini vətənlərinə qayıtdıqdan sonra daha geniş və ətraflı şəkildə işıqlandıracaqlarına, Türkiyə ictimaiyyətini daha müfəssəl şəkildə məlumatlandıracaqlarına ümidvar olduğunu bildirib.
Ziyarətin sonunda millət vəkili Q.Paşayeva nümayəndə heyəti üzvlərinə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib və onların Tovuza səfərinin qardaş ölkədən daha çox insanın rayonu ziyarət edəcəyinə bir vəsilə olacağına inandığını deyib.




Xəbər - 20 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv