Son xəbərlər
22 NOYABR
21 NOYABR
20 NOYABR
18 NOYABR
17 NOYABR
SİYASƏT

Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

<font color=red><b>Azərbaycan-Türkiyə qardaşlığı əbədidir</b></font>

Səfir Erkan Özoral: “Bu gün bir arada olduğumuza görə Nuru Paşaya, Atatürk və Heydər Əliyeva, prezident İlham Əliyevə təşəkkür edirik”

Qüdrət Həsənquliyev: “Azərbaycanla Türkiyəni ayrı salmaq üçün edilən cəhdlər baş tutmayacaq”

Atatürk Mərkəzində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi münasibətilə “Bir millət iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə ictimai birliyin sədri Emin Həsənli 99 il əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun paytaxta daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsindən danışıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışı zamanı Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq bildirib ki, iki ölkə arasında möhkəm qardaşlıq əlaqələri uzun tarixə malikdir.
Səfiri Erkan Özoral deyib ki, 1918-ci il sentyabrın 15-də yaşananlar tarixin vacib bir dönəmi olub. O xatırladıb ki, həmin ilin may ayından Gəncədən Bakıya olan yürüş öz hədəfinə çatıb: "Bu hədəf təkcə torpaqların işğaldan azad edilməsi deyil, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini nəzərdə tuturdu. Buna görə də Qafqaz İslam Ordusunun etdikləri bütüm türk dünyası üçün önəm daşıyır".
Azərbaycanla Türkiyənin əlaqələrindən danışan diplomat vurğulayıb ki, dünyada bu əlaqələrin analoqu mövcud deyil: "Bir çox dövlətlər bu münasibətlərə heyranlıqla yanaşırlar. Bu səbəbsiz deyil. Bu gün iki ölkə arasında əlaqələri ən yüksək səviyyədə saxlamağa kömək edən əsas amil ruhumuzdur. Biz tarixi, soyu, mədəniyyəti bir olan xalqıq. Bu gün də biz bir millət iki dövlətik. Hər zaman dediyim kimi, Azərbaycanın gücü Türkiyənin gücü, Tükiyənin də gücü Azərbaycanın gücüdür. Bu, 1918-ci ildə necə idisə, elə min ildən sonra da elə olacaq".
Səfir qeyd edib ki, bu gün Türkiyə ilə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının səbəbləri çoxdur: “Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri də iki ölkənin bir- birinə olan inamını göstərir. Bu gün Bakıdakı Atatürk Mərkəzində bir araya gəlməyimiz 1918-ci ildə verdiyimiz şəhidlərimizin sayəsindədir. Onlara Allahdan rəhmət diləyirik. Bu gün bir arada olduğumuza görə Nuru Paşaya, Atatürk və Heydər Əliyeva, prezident İlham Əliyevə təşəkkür edirik”.
Türkiyə-Azərbaycan münasibətlərinin tarixindən söz açan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasını qardaşlıq səlnaməsi kimi qiymətləndirib.
Qüdrət Həsənquliyev dəfələrlə parlamentdə Nuru Paşanın və Ənvər Paşanın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təkliflər irəli sürdüyünü də xatırladıb.
BAXCP sədri bildirib ki, 15 sentyabrda Bakının azad olunmasına görə əbədi olaraq Türkiyəyə minnətdarlıq bildirməliyik. Deputat dəfələrlə parlamentdə Bakıda Nuru Paşaya abidə ucaldılması ilə bağlı təklif irəli sürdüyünü xatırladıb: “Azərbaycanla Türkiyənin düşməni eynidir. İki qardaş ölkəni ayrı salmaq üçün edilən cəhdlər baş tutmayacaq. Zamanla digər türk respublikaları da bu birliyə qoşulacaq”.
Millət vəkili Hikmət Babaoğlu isə deyib ki, hər bir ölkənin tarixi ondan ibrət dərsi almaq üçün öyrənilməlidir: “Azərbaycan tarixində 15 sentyabr hadisələrinin xüsusi rolu var. Qafqaz İslam Ordusu Azərbaycana gələrkən Bakını işğaldan azad etməklə bərabər, çoxsaylı müsəlmanları ermənilərdən xilas etmiş oldu. Bu gəliş bugünkü müstəqil Azərbaycanın sərhədlərini müəyyənləşdirməklə bərabər ölkəmizin sovetlər birliyinə müstəqil subyektlərdən biri kimi daxil olmasına imkan yaradıb”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd ediləcəyini bildirib: “2018-ci ildə Bakının erməni-bolşevik işğalından azad edilməsinin də 100 illiyi qeyd olunacaq. İstiqlalımızın və Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasının yaşı eynidir. Bu isə Qafqaz İslam Ordusunun şərəfli əsgər və zabitlərinin fədakarlıqlarının əsas göstəricisidir. Onların xatirəsi istiqlalımız qədər əzizdir”.
Tədbir çıxışlarla davam etdirilib.

Fateh


photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv