Son xəbərlər
22 NOYABR
21 NOYABR
20 NOYABR
18 NOYABR
17 NOYABR
İQTİSADİYYAT

Azərbaycan stendini 1000-dən çox şirkətin nümayəndəsi ziyarət edib

<b>Azərbaycan stendini 1000-dən çox şirkətin nümayəndəsi ziyarət edib  </b>

“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində ölkəmizin “Made in Azerbaijan” vahid ölkə stendinə sərgi ziyarətçiləri və tədbir iştirakçısı olan ölkələrin şirkətləri tərəfindən böyük maraq göstərilir

Sərginin ilk 2 günü ərzində Rusiya Federasiyası və tədbir iştirakçısı olan digər ölkələrin 1000-dən şirkətinin nümayəndəsi Azərbaycan pavilyonunu ziyarət edib.
“Made in Azerbaijan” vahid ölkə stendini ziyarət edən xarici şirkət nümayəndələri yerli məhsullarımız, onların istehsal və hazırlanma texnologiyası, ixrac imkanları ilə maraqlanıb, əməkdaşlığa dair müzakirələr aparıblar.
Qeyd edək ki, Azərbaycanın eksklüziv partnyor olduğu “Worldfood Moscow” Sərgisində ölkəmizin 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar nümayiş olunur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv