Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SOSİAL

Nazirdən təhsil işçilərinə təbrik məktubu

<b>Nazirdən təhsil işçilərinə təbrik məktubu</b>

Təhsil naziri Mikayıl Cabbarov Bilik Günü münasibəti ilə təhsil işçilərini təbrik edib

Axar.az məktubun mətnini təqdim edir:
"Əziz müəllimlər, tələbələr və şagirdlər, hörmətli valideynlər! Sizi yeni təhsil ili münasibətilə təbrik edirəm!
Bilik Günü - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.
Zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Burada hamımızın birgə əməyi vacib və həlledicidir - Vətən sevgisi və yeni dünyanı fəth etmək enerjisi ilə.
Əziz müəllimlər, tələbələr və şagirdlər!
Hər bir başlanğıc yeni imkandır.
Bilik Günü ilə başlanan bu imkanı uğurlu həyat hekayəsinə çevirməkdə hər birinizə nailiyyətlər arzulayıram!”









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv