Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
SOSİAL

Qazax Dövlət Sosial-İqtisadi Kollecində İslam Həmrəyliyinə həsr olunmuş tədbir keçirilib

<b>Qazax Dövlət Sosial-İqtisadi Kollecində İslam Həmrəyliyinə həsr olunmuş tədbir keçirilib</b>

Dünən Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Heydər Əliyev İslam Həmrəyliyi İdeyasının Banisidir” mövzusunda dəyirmi masa keçirilib

Heydər Əliyevin həyatı və müasir Azərbaycanın inkişafı üçün misilsiz xidmətlərindən danışan Kollecin tədris işləri üzrə direktor müavini Nicat Göyüşlü Azərbaycan xalqının İslami dəyərlərə daimi rəğbətindən danışıb, dövlətin İslam ölkələri ilə münasibətdə dostluq, qardaşlıq prinsiplərini əsas götürməsini və fəaliyyətini bu yöndə qurmasını təqdir etdiyini dilə gətirib. O qeyd edib ki, multikultural dəyərlərin beşiyi sayılan Azərbaycan daim dini etiqad azadlığının olması ilə də diqqət mərkəzindədir. Çoxlu xalqların müxtəlif dinlərdən olan nümayəndələrinin Azərbaycanda heç bir fərq qoyulmadan yaşaması, fəaliyyət qurması da ölkənin stabilliyindən, mənəvi dəyərlərin qorunub-saxlanmasından xəbər verir deyən direktor müavini bu ilin əvvəllərində Azərbaycanda keçirilən İslam Həmrəylik Oyunlarının ən yüksək səviyyədə təşkil olunmasından danışıb və cənab prezident İlham Əliyevin hər sahədə olduğu kimi milli-mənəvi, dini dəyərlərin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi işində də təkrarolunmaz fəaliyyətini önə çəkib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və Proqnozlaşdırma Şöbəsinin aparıcı məsləhətçisi Rövşən Nəzərov müxtəlif xalqların, mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin şərəfli həyat yolundan danışıb. Natiq qeyd edib ki, milli-mənəvi dəyərlərimiz bizim milli sərvətimizdir. O Sovet dövründə din faktorunun qadağan edilməsindən və Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi bu istiqamətdə də əsrarəngiz işlər görməsindən geniş söhbət açıb. Komitə rəsmisi 2016-cı ilin multikulturalizm, 2017-ci ilin isə İslam Həmrəyliyi ili elan olunmasını Heydər Əliyev ideyalarının yaşaması kimi xarakterizə edib və cənab prezident İlham Əliyevin bu sahəyə verdiyi ali dəyərin göstəricisi kimi qiymətləndirib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, Kollecin tarix müəllimi Tərlan Bədəlova və başqaları çıxış edərək Azərbaycanın milli və dini tolerantlıq nümunəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, mənəvi dəyərlərin ən yüksək səviyyədə qorunduğu Azərbaycan bu üstünlüyünə görə də dünyada sevilir, təqdir olunur.
Tədbir tələbələrin də iştirakı ilə maraqlı müzakirələrlə davam edib.


photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv