Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MEDİA

Onlar medianı ələ salmaqla məşğuldurlar - Aynur Camalqızı

<b>Onlar medianı ələ salmaqla məşğuldurlar - Aynur Camalqızı</b>

Bəzi nazirliklərin mətbuat xidmətləri sadəcə olaraq, medianı ələ salmaqla məşğuldurlar

Axar.az xəbər verir ki, bu sözləri əməkdar jurnalist, Gündəlik Teleqraf MMC-in rəhbəri Aynur Camalqızı Feysbuk səhifəsində yazıb. O bildirib ki, bəzi mətbuat xidmətləri mediaya informasiya vermək məsələsində ayrı-seçkilik edirlər:
“Zəng edib məlumatı dəqiqləşdirmək istəyirsən, “bilmirik” deyirlər, yarım dəqiqə sonra hansısa agentlikdə geniş açıqlamaları dərc olunur. Sorğu göndərirsən, sənin yazılı göndərdiyin suallara cavabları az sonra hansısa agentlikdə dərc olunur. Bu nə deməkdir? Mətbuat xidmətlərinə “yalnız agentliklərlə işləyin” tapşırığı verilib, yoxsa özləri özləri üçün belə ağıllı qərar veriblər? Belə getsə, həmin mətbuat xidmətlərini adlarını yazacağıq. Ya işinizi vicdanla görün, ya da kənara çəkilin. Qanundan üstün deyil heç kəs...”
Qeyd edək ki, əksər jurnalistlər bəzi qurumların mətbuat xidmətlərinin peşəkar şəkildə fəaliyyət göstərmədikləri, zənglərə cavab vermədikləri və ya gündəmə çevrilən məsələ haqda “məlumatsız” olduqları, eləcə də medialar arasında ayrı-seçkilik etmələri ilə bağlı tez-tez haqlı iradlarını bildirirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv