Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
TÜRK DÜNYASI

Türkiyənin İraq planı: sanksiyalar, hərbi müdaxilə...

<b>Türkiyənin İraq planı: sanksiyalar, hərbi müdaxilə...</b>

Türkiyə Şimali İraq Kürd Muxtariyyətinin keçirəcəyi müstəqillik referendumu ilə bağlı tədbirlər planını 22 sentyabrda keçiriləcək Milli Təhlükəsizlik komitəsi və Nazirlər Kabinetinin iclasında müzakirə edəcək

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Təqvim” qəzeti yazıb. Nəşrin məlumatına görə, gündəmdə bir çox məsələlər dayanır:

Baş konsulluğun bağlanması

Türkiyə referenduma etiraz olaraq Ərbildə yerləşən Baş Konsulluğunu bağlaya bilər.

Habur

Şimali İraq iqtisadi cəhətdən Türkiyədən asılı haldadır. Bu baxımdan Türkiyə Şimali İraqla sərhəddə olan Habur sərhəd keçid məntəqəsini bağlaya bilər.

Boru kəmərləri

Türkiyə referendumdan sonra Şimali İraqdan Ceyhan limanı vasitəsi ilə Avropaya neft ixracını təmin edən boru kəmərinin işini məhdudlaşdıra bilər. Ərbildən Şırnaka çəkilməsi nəzərdə tutulan təbii qaz boru kəməri layihəsini təxirə sala bilər.

Hərbi təlimlər

Türkiyə İŞİD-lə mübarizədə peşmərgələrə təlim keçərək dəstək vermişdi. Bu dəstəyin tamamilə dayandırılması nəzərdə tutulur.

Ticarət məhdudiyyəti

Türkiyə bölgəyə ən çox sərmayə qoyan 5 ölkədən biridir. Şimali İraqda satılan malların təxminən 50 faizi Türkiyə istehsalıdır. Türkiyə bu əraziyə tətbiq etdiyi güzəştləri yenidən nəzərdən keçirə bilər.

Hərbi müdaxilə

Türkiyə bu ərazidə yaşayan türkmanlarla hər hansı bir hücum zamanı hərbi müdaxilə variantına müraciət edə bilər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv