Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
HADİSƏ

Dingiş-dingiş oynayan insan sürüsü... - Fazil Mustafa

<font color=red><b>Dingiş-dingiş oynayan insan sürüsü... - Fazil Mustafa</b></font>

Məhərrəmliyin başlamasının inanc tərəflərinə toxunmuram. İslam dinində bu ay və onun günləri ilə bağlı fərqli dəyərləndirmələr var və insanların hüquq və azadlıqlarına zidd gəlməyən formada müəyyən dini, yaxud da qeyri-dini ritualların yerinə yetirilməsi hər kəsin özünə aid məsələdir.
Bu sözləri millət vəkili Fazil Mustafa Məhərrəmlik ayının başlaması haqda yazıb. F.Mustafa Məhərrəmlik ayının Azərbaycan xalqı üçün müsbət tərəflərini sadalayıb:
“Aşura günü də qanvermə aksiyasını dəstəkləyirəm, ictimai təşəbbüs kimi faydalı hesab edirəm. Təbii ki, digər xurafat, cəhalət elementlərini də bəyənmədiyimi ifadə edirəm. Bununla belə, bu ayın Azərbaycan cəmiyyətində bir müsbət cəhətini də etiraf etmək vacibdir. Bu ay həm də bizim vəhşi, yaramaz, mədəniyyətdən uzaq toy mərasimlərimizə fasilə verildiyi və sağlam düşüncəli insanların çoxunun səbirsizliklə gözlədiyi bir aydır. El adəti, yaxud din anlayışı üzrə Azərbaycan cəmiyyətinin müəyyən bir hissəsi bu ayda toy etməyi günah sayır, ancaq istər inancdan olsun, istər mövhumatdan olsun, bu anlayışın xalqımıza çox xeyri olduğunu düşünürəm. Hardasa iki ay səs terrorundan, manıs hoqqabazlığından qurtulacaqsınız, bəylə gəlinə maddi dəstək vermək əvəzinə toy dəllallarının cibini doldurmaqdan xilas olacaqsınız, günlərlə bu toydan o toya ötürülən salatlardan, kolbasalardan, mənşəyi bəlli olmayan ətlərdən hazırlanan kabablardan mədəniz korlanmayacaq, zirzəmidən doldurulan saxta araqlardan, sulardan içib rahatsızlaşmayacaqsınız, ailəvi istirahət üçün getdiyin toyda keflənmək yarışına girmiş, qadın bilmədən, uşaq bilmədən siqaret tüstülədən kişilərin mədəniyyətsizliyinin müşahidəsindən uzaq duracaqsınız, öz zövqü üçün deyil, başqalarına görünmək üçün dingiş-dingiş oynayan insan sürüsünə baxmaqdan gözünüz yorulmayacaq və s. Mən anlayıram ki, insanlar övladları üçün, yaxınları üçün sevinməlidirlər, ancaq buna sevinmək üçün toy etmək deməzlər, özünə bilə-bilə toy tutmaq deyərlər. Bu adət mütləq sadələşdirilməlidir, asanlaşdırılmalıdır, insanların soyulmasına, borca düşməsinə, əziyyət çəkməsinə rəvac verilməməlidir. Ailə həyatı quran gənclərə dəstək xarakteri daşımalıdır. Bizim ağıllanmamız tarix boyu nəsihətdən keçməmiş, mütləq və mütləq müsibətdən keçmiş. Məhərrəmliyin də yaratdığı bu fasilədən nəsihət kimi yararlanmamızın nə zərəri ola bilər ki? Yası, toyu şöhrətpərəstlik, israfçılıq olan bir cəmiyyətin elmi də, təhsili də, düşüncə tərzi də, peşə məsuliyyəti də fərqli olmaz ki? Sevinməyimizin də, kədərlənməyimizin də ölçüsünü, səmimiliyini itirmişik. Dünyanın o başına, bu başına baxmayın, Azərbaycan ilk olaraq buradan düzəlməlidir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv