Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
İDMAN

Avropa çempionatı: Yığmamız Almaniya ilə qarşılaşacaq

<b>Avropa çempionatı: Yığmamız Almaniya ilə qarşılaşacaq</b>

Voleybolçu qadınlar arasında Avropa çempionatında qrup mərhələsinə bu gün Milli Gimnastika Arenasında keçiriləcək 3 oyunla yekun vurulacaq

Report-un məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi Almaniyanı sınağa çəkəcək. İlk 2 turu qələbə ilə başa vuran Faiq Qarayevin baş məşqçi olduğu kollektiv hətta minimal fərqlə uduzsa belə, qrup lideri kimi 1/4 finala yüksələcək. Amma Macarıstan və Polşaya heç bir şans verməyən Azərbaycan millisinin qrupdakı son oyununu məğlub başa vuracağı inandırıcı görünmür.
C qrupunda isə 2 oyun olacaq. Əvvəlcə Rusiya və Bolqarıstan milliləri üz-üzə gələcək. Rusiya qalib gəlsə, qrup lideri kimi birbaşa 1/4 final mərhələsinə yüksələcək. Bu qrupun digər oyununda ilk iki turu məğlubiyyətlə başa vurmuş Türkiyə və Ukrayna yığmaları qarşılaşacaq. Rusiya və Bolqarıstana minimal fərqlə uduzduğu üçün Ukraynanın 2 xalı var. Türkiyə isə cəmi 1 xala malikdir. "Ay-ulduzlular" qrup 3-cüsü kimi "pley-off"a çıxmaq üçün mütləq qalib gəlməlidirlər.
Avropa çempionatı
A qrupu
18:00. Almaniya - Azərbaycan
Hakimlər: Stefan Takaişvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)
Xal durumu: Azərbaycan - 6, Polşa - 5, Almaniya - 4, Macarıstan - 0.
C qrupu
15:30. Rusiya - Bolqarıstan
20:30. Türkiyə - Ukrayna
Xal durumu: Rusiya - 5, Bolqarıstan - 4, Ukrayna - 2, Türkiyə - 1.
Qeyd edək ki, digər 2 qrupda mübarizəyə yekun vurulub. İtaliya B qrupunun, Serbiya D qrupunun lideri kimi 1/4 finala yüksəlib. Onların rəqibləri "pley-off" mərhələsinin Belarus - Çexiya və Hollandiya - Xorvatiya görüşlərinin qalibləri olacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv