Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İDMAN

“Real” və “Beşiktaş”ın Almaniya sınağı

<b>“Real” və “Beşiktaş”ın Almaniya sınağı</b>

Bu gün Çempionlar Liqasının növbəti turu start götürür

Axar.az xəbər verir ki, “E”, “F”, “G”, “H” qruplarında oyunlar keçiriləcək.
“E” qrupunda Rusiyanın “Spartak” komandası öz meydanında İngiltərənin “Liverpul” klubunu qəbul edəcək. İspaniyanın “Sevilya” komandası isə Sloveniyanın “Maribor” komandası ilə qarşılaşacaq.
“F” qrupunda isə “Mançester Siti” Ukrayna “Şaxtyor”unu sınağa çəkəcək. İtaliyanın “Napoli”si isə Hollandiyanın “Feyenord” klubunu qəbul edəcək.
“G” qrupunda yer alan Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” ÇL-in sürpriz komandası olan Almaniyanın “Leypsiq” komandasını qəbul edəcək. Qrupun digər görüşü isə Fransanın “Monako”su ilə Portuqaliyanın “Portu” komandaları arasında keçiriləcək.
Turun mərkəzi görüşü Almaniyada baş tutacaq. “H” qrupunda İspaniyanın “Real Madrid” klubu “Borussiya Dortmund”un qonağı olacaq. Kiprin “APOEL”i İngiltərənin “Tottenhem” komandası ilə görüşəcək.
Bütün oyunlar saat 22:45-də baş tutacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv